Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

K3 Projekt Wheels-dən Mercedes-Benz CLS550

Seriyalı avtomobillərin tüninqində və eksklüziv dizaynlı təkər disklərinin hazırlanmasında ixtisaslaşan “K3 Projekt Wheels” şirkəti dördqaplı kupe “Mercedes-Benz CLS550”-nin tamamlanmasına dair variantlarından birini təqdim etdi.

Möhtəşəm alman avtomobili böyük diametrli təkər diskləri dəsti, aşağı salınmış asılqan və zavod bodi-kiti olan “AMG” əldə etdi ki, bu da başqa tamamlanmalarla birgə avtomobilin idman üslubunu və fərdiliyini nəzərə çarpdırmağa imkan verdi.

Amerikalılar tərəfindən tüninq olunmuş “Mercedes-Benz CLS550” adi modeldən bir sıra cəhətlərinə görə fərqlənir. Bunlara şəklidəyişmiş bamperlər və yük yerinin qapağında yerləşən kiçik spoylerdən ibarət “AMG” idman aerodinamik ban asması və enli aşağıprofilli şinlərə “bürünmüş” ikirəngli “K3 Projekt F2” disklərinin və “Penntech” detallarının sayəsində avtomobilin əldə etdiyi yer səthi arasında olan alçaq hündürlük daxildir.

Qabaq oxda 20x9 düym ölçülü, arxa oxda isə 20x10,5 düym ölçülü disklər quraşdırılmışdır. Ağ ban ilə təzad yaradan qara aksentlər və tündləşdirilmiş şüşələr eksteryere fərdilik verir.

AUTO.AZ



Şərhlər


AD