Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ReStyleIt şirkətinin tünerləri BMW M5-i bəzədilər

“F10” banında “yüklənmiş” sedan “BMW M5”-in çox asan, lakin effektiv fərdiləşdirilməsini “ReStyleIt” şirkətinin tünerləri təqdim etdi.

Bana vinil təbəqə yapışdırımaqda ixtisaslaşan Kanada tüninq atelyesi çoxlu qara tutqun aksentlərlə uyğunlaşan parlaq mavi “Olympic Blue” təbəqəsindən istifadə etdi. Bu da seriyalı dördqapılı sportkarı daha eksklüziv eksteryer bəzəyi ilə təchiz etməyə imkan verdi.

Banın çox hissəsi mavi təbəqə ilə çəkilib, bəzi aksentlər isə qara rəngdə işlənib. Qabaqdakı qara radiator barmaqlığı bamperin qara dodağı və baş işığının tündləşdirilmiş fənərləri ilə uyğunlaşır.

Avtomobil qara dama uyğun olaraq qara yan dayaqlara, tonlaşdırılmış şüşələrə və qapı dəstələrində ensiz qara zolaqlara malikdir. Arxada tündləşdirilmiş fənərlərin altında tünd işıq reflektorlarını, ensiz qara spoyleri və arxa bamperin analoji diffuzorunu görürük.

Sonda BMW M5 (F10)-a qabaq qanadlarda siqnal təkrarlayıcılarının qara kənarlarını və qara təkər disklərini hədiyyə etdilər.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, ReStyleIt 13.04.2013

Şərhlər


AD