Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti dünyanın ən sürətli rodsterini təqdim etdi

Bugatti Veyron Grand Sport Vitesse World Record Car Edition” – planetin ən sürətli seriyalı kabrioleti olan məşhur superkarın yeni versiyası belə adlanır. Cəmi 8 nəfər yeniliyin adını tələffüz etməyə çalışır – çünki avtomobilin 8 nümunəsi açıq satışa çıxacaq.

Açıq “Veyron” – yenilik deyil: damı çıxarıla bilən avtomobil (belə növ avtomobillər “tarqa” adı ilə məşhurdur) hələ 2009-cu ildə “Grand Sport” kimi meydana gəlib, üç ildən sonra isə Vitesse əlavəsi ilə daha güclü mühərrik əldə edib (1200 a.g. və 1500 Nm).

Bu zaman maksimal sürət 375 km/saatda məhdudlaşmışdı – o vaxtlar adi “Veyron”-lar 415-ə qədər sürət yığırdı. Bu yaxınlarda, Almaniyada Volkswagen konserninin yoxlama poliqonunda çinli sürücü Entoni Lyu “Bugatti Veyron Grand Sport Vitesse”-i (gedişdən əvvəl dam sökülmüşdü) 408,84 km/saata qədər sürətləndirə bilib.

Yarışçının dediyinə görə, “hətta yüksək sürətdə belə avtomobil son dərəcə rahat və stabil qalır. Açıq dam ilə mühərrikin real səsini hiss etmək olur.

Bununla belə, külək heç bir narahatçılıq törətmir”. “WRC Edition” versiyası da rekordun şərəfinə yaradılıb. “Grand Sport Vitesse” başqalarından yalnız rəngi (qara və narıcı rənglər istifadə olunur) və 2 milyon avroya yaxınlaşan qiyməti ilə fərqlənir.

Yeniliyə diqqətlə baxmaq və 8 alıcının arasına daxil olmağa çalışmaq aprelin 20-də açılacaq Şanxay avtosalonunda mümkün olacaq. Lakin, bu nümunələrdə də maksimal sürət 375 km/saatda məhdudlaşır.

AUTO.AZ



Şərhlər


AD