Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lada Priora yan təhlükəsilik yastıqları əldə etdi

“AvtoVAz”-ın model sırasının flaqmanı yeni seçim – yan təhlükəsizlik yastıqları əldə etdi. Yeniliyin istehsalı aprel ayında Tolyatti müəssisəsində başlayıb. Rusiya avtomobil nəhəngi bu ay cəmi yeni seçimli 300 avtomobil buraxmaq niyyətindədir. “Yeni təhlükəsizlik sisteminin hazırlanması zamanı avtomobil iki standartla sınaqdan keçib. Bu EuroNCAP-ın tələbləridir: 50 km/saat sürətdə araba ilə yan zərbə - və təbii ki, BMT-nın AİK-nın qanunverici tələbləri. Onlara əsasən avtomobilə maneken EuroSIDII yerləşir. Avtomobilə 50 km/saat sürətlə 950 kq-lıq deformasiya olunmuş maneəli alüminium sotobloku olan araba çırpılır. Bütün sınaqların nəticələri – müsbətdir.

Yan təhlükəsizlik yastıqlarının istifadəsi ilə ən çox zədə təhlükəsi olan yerlərdə (baş, sinə) güc 1,5-2 dəfə azalır”, - deyə “AvtoVAZ”-ın araşdırmalar üzrə “Passiv təhlükəsizlik” layihəsinin rəhbəri Aleksandr Sunenkov bildirmişdir. İstehsalçı bildirir ki, sürücünün və qabaq sərnişinin yan yastıqları qabaq oturacaqların kürək hissəsində yerləşdirilib. İş prinsipi qabaq yastıqlarda olduğu kimidir. Avtomobildə yavaşlama sisteminin daxil olduğu idarəetmə bloku var.  Blok sistemin siqnalını analiz edir və dərhal hava yastığının açılmasına ehtiyacın olub olmadığını xüsusi alqoritm vasitəsilə təyin edir. Müsbət cavab alındıqda yan yastıq açılır.

Avtomobilin yan hissəsinin sürücü (və ya sərnişinlə) ilə arasında olan məsafə elə də çox deyil, ona görə də yastıqların lazım olub-olmaması barədə qərar ani verilməlidir. Buna görə də banın mərkəzi dayağının yanında daha bir xüsusi yavaşlama sistemi yerləşdirilib. Qeyd edək ki, “Priora”-da sürücü üçün ön təhlükəsizlik yastığı komplektasiyadan asılı olmayaraq quraşdırılır. Model həmçini uşaq oturacaqları “Isofix” ilə təchiz olunur və qabaq bamper isə piyadanın qorunması üzrə avropa tələblərinə uyğun düzəldilmişdir.

AUTO.AZ



teqlər:
Lada, Lada Priora 13.04.2013

Şərhlər


AD