Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vath-dan 780 a.g.olan Mercedes SL63 AMG V63RS-Export SL

“Vath” alman tüninq atelyesi – “Mercedes” avtomobillərinin satışdan sonra modernləşdirilməsinə hazırlıq proqramları sahəsində yeni deyil. Şirkətin portfoliosunda “A-Class”, “C63 AMG” və “SLS AMG” kimi avtomobillərin layihələri var. Bu dəfə tüner “SL63 AMG”-ni öz öhdəsinə götürdü.

“Vath” mütəxəssisləri qabaq spoylerdən, arxa diffuzordan, genişləndirilmiş qanadlar və arxa bamperdən ibarət aerodinamik asma hazırlayıblar. Eksteryerin dizaynını 20-düymlük təkər diskləri dəsti tamamlayır.

Xatırladaq ki, “SL63 AMG”-nin kapotunun altında 537 a.g. və 799 Nm fırlanma anı verən 5,5-litrlik bi-turbo V8 mühərriki yerləşir. “Vath” mühəndislərinin aqreqatla işlədiklərindən sonra, onun xarakteristkaları heyrətləndirici 780 a.g. və 999 Nm fırlanma anına çatdı.

Bundan başqa, avtomobil yeni, 390-millimetrlik əyləc diskləri, altı-porşenli supportlar və Castrol SRF yarış əyləc mayesi olan çox effektivli əyləc sistemi əldə edib. “SL63 AMG”-nin interyerinin bəzəyində karbon, təbii dəri və alüminiumdan istifadə olunub.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SL, SL 63 AMG, Vath 12.04.2013

Şərhlər


AD