Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti Veyron Super Sport-u ən sürətli adından məhrum etdilər

Superkar “Bugatti Veyron Super Sport” dünyanın ən sürətli seriya avtomobili rəsmi adından məhrum oldu. Bu qərar Ginnesin rekordlar Kitabının təmsilçiləri tərəfindən qəbul edilib. Driving nəşriyyatının verdiyi məlumata görə, onlar müəyyən ediblər ki, rekordun təsbit edilməsi zamanı qaydalar pozulub.

Aydın olub ki, 2010-cu ilin iyulunda rekord söndürülmüş elektron sürət məhdudlaşdırıcısı ilə təsbit edilib. Bu “Bugatti Veyron Super Sport”-a 431km/saat sürət yığmağa imkan verib. Belə ki, adi avtomobillər 415 km/saat nişanında məhdudlaşdırıcıya malikdirlər, bu da şinlərin tez xarab olunmasının qarşısını almaq üçün düzəldilib.

Lakin Ginnesin rekordlar Kitabının qaydalarına görə rekord təsbit edən avtomobil kütləvi satışda olan əlverişli avtomobilə tam oxşar olmalıdır. İstehsalçının təmsilçiləri qeyd etdilər ki, titulu itirdiklərinə görə çox da məyus deyillər çünki, “Bugatti Veyron Super Sport” — “dünya rekordu təsbit etmiş avtomobildən daha artıqdır”.

Bununla belə, “Bugatti”-də izahat tələb etmək niyyətindədirlər, çünki, onların məlumatına görə Ginnesin rekordlar Kitabının təmsiçiləri sönmüş sürət məhdudlaşdırıcıdan xəbərdar idilər və buna baxmayaraq avtomobilin getməsinə icazə verdilər. Bununla belə, ən sürətli seriya avtomobili titulu müvəqqəti olaraq superkar “SSC Ultimate Aero”-ya keçdi. Bu avtomobil “Bugatti Veyron Super Sport”-dan əvvəl 412 km/saat sürət yığa bilib.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron, Veyron Super Sport 09.04.2013

Şərhlər


AD