Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni BMW X4. İlk rəsmi şəkillər

Budur – “BMW X4”-ün ilk rəsmi şəkilləri. O Bavariya şirkətinin “yolsuzluq kupesi” seriyasında ikinci olacaq (bu seqmentin birincisi “X6” oldu). Dərhal demək lazımdır ki, hələlik bu model rəsmi olaraq konsept statusunu daşıyır (onun təqdimatı ayın axırı Şanxaydakı avtosalonda olacaq). Lakin “BMW X4”-ün satışı mütləq 2014-cü ildə başlayacaq.

Yeni “BMW X4” barədə hələlik məlumat yoxdu. Buna baxmayaraq qeyri-rəsmi məlumatlara görə yenilik platformasını və mühərrik sırasını “kiçik qardaşından” – krossover “BMW X3”-dən mənimsəyəcək.

Mühərriklər benzin və dizel olmaqla 184-dən 313 a.g.-ə qədər təqdim olunacaq, fırlanma anı isə 6-pilləli “mexanika” və ya 8-pilləli “avtomat” anı ilə ötürüləcək. Baza variantı belə artıq tam ötürücülü modifikasiyada olacaq.

Bundan əlavə “X4 M” variantı da meydana gələcək. O 3-litrlik turbolaşdırılmış ən yeni mühərriklə təchiz olunacaq (hal-hazırda o yeni “BMW M3” nəsli üçün hazırlanır). Dizel ilə çalışan 381 a.g-lü “M” mühərriki də olacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW X4 06.04.2013

Şərhlər


AD