Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SS Customs atelyesindən Chevrolet Camaro Tron Theme

“SS Customs” şirkəti masl-kar “Chevrolet Camaro”-nun ekstremal versiyalarını hazırladı. Bu masl-kar Gold Rush Rally superkarlar yürüşündə iştirak etməlidir.

İyunun 8-dən 15-nə qədər keçiriləcək və San-Fransisko, Los-Anceles, Las-Veqas, Dallas, Memfis, Sent-Luis və Çikaqo kimi şəhərləri əhatə edəcək hər il keçirilən avtomobil hadisəsi üçün xüsusilə düzəldilən avtomobil çox gücləndirilmiş güc qurğusu və banın unikal bəzəyini əldə etdi ki, bu da ona avtomobil yürüşündəki başqa iştirakçılardan fərqlənməyə kömək edəcək.

“Chevrolet Camaro” xüsusi “Tron Theme” üslubunda ban tərtibatına malikdir ki, bunu yaratmağa 3M Commercial Graphics Brushed Blue Steel təbəqəsi imkan verir.

Çoxlu mavi xəttləri olan göy təbəqə ilə örtülmüş sportkar aerodinamik asmanın karbon detallarını, yeni təkərlər, tonlaşdırılmış şüşələr və yenidən işlənmiş qabaq optika əldə edəcək.

Banda və şüşələrdə cürbəcür yazılar, həmçinin kontrast qara aksentlər eksteryerə individuallıq verir. İdman kupesinin kapotunun altında bir cüt çox səmərəli turbo kompressorla təchiz olunmuş, 1000 a.g. maksimal buraxılış gücü verən 6,2-ltrlik V8 mühərriki gizlənir.

AUTO.AZ



Şərhlər


AD