Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Abarth 500 Project Scorpione

“SR Auto Group” Kanada tüninq agentliyi “Project Scorpione” adı ilə kompakt şəhər hetçbeki “Abarth 500”-ün tamamlanmış variantını elan etdi.

İtaliya siti-karı tüninq nəticəsində idman dizaynı ilə seçilən və təsiredici hərəkət keyfiyyəti ilə heyrətləndirən daha aqressiv “qaynar” hetçbekə çevrildi. Banın yeni hissələri və modernəşdirilmiş texniki düyünlərlə birlikdə avtomobil böyük təkərlər və salonun yeni bəzəyini əldə etdi.

Üçqapılı avomobilin banına qara tutqun Leios təbəqəsi ilə üz çəkiblər. Bu təbəqə arxa görünüş güzgülərinin karbona oxşar düzəldilmiş korpusları və 17-düymlük ikirəngli Novitec N10 diskləri ilə yaxşı uyğunlaşır.

Kanada tünerləri “Abarth 500”-ü baş işığının Alumina Xenon ksenon fənərləri və Novitec atelyesindən yol işığı zolağının hündürlüyünün köklənmə sistemi ilə təchiz ediblər. Mühərrikin faydalı iş əmsalını artırmağa Magneti Marelli-dən electron idarəetmə blokunun yeni softu, vites qolunu tezləşdirməyə isə qısahərəkətli Craven Speed lingi kömək etdi.

Avtomobilin interyerinə gəldikdə isə burada Recaro Sportster CS oturacaqları, sürət qutusunun Magneti Marelli karbon qolu və həmin istehsalçıdan olan əl əyləci qolu qurulub. İnteryeri kombinasiya edilmiş dəri bəzək və yenidən tərtib olunmuş cihaz lövhəsi bəzəyir.

AUTO.AZ



Şərhlər


AD