Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

"Vaz" Lada 4x4-ün quraşdırılmasını bir aylıq dayandıracaq

Ən böyük Rusiya avtomobil istehsalçısı yolsuzluq avtomobili “Lada 4x4”-ün istehsalının müvəqqəti dayandırılması, həmçinin bəzi başqa modellərin də quraşdırılmasının qrafikində olan dəyişikliklər barədə elan etdi. Yeniliklər Tolyattidə olan istehsalın geniş miqyaslı modernləşməsi ilə əlaqədardır.

İstehsalçının verdiyi məlumatda bildirilir ki, - “2013-cü ilin yazında "Vaz" avtomobillərin yeni modellərinin və komplektasiyalarının istehsalının yeni geniş miqyaslı hazırlanma mərhələsinə başladı.” Yeniliklərin siyahısında seriya istehsalı cari ilin mayında, satışı sə iyunda başlanmalı olan yeni nəsil “Lada Kalina”, həmçinin yenilənmiş “Lada Priora” iştirak edirlər.

“Kalinanın” başqa nəslə keçdiyinə görə (birinci nəsilin buraılışı cari ilin martında başa çatıb) apreldə bu nəslin istehsalı həftədə üç gün (bazar ertəsi, çərşənbə axşamı və çərşənbə), üç növbə işləyəcək. “Prioranın” daimi mərhələli modernləşdirilməsi çərçivəsində iki model “Priora” və “Samara” buraxılan baş konveyer xətti də həmçinin həftədə üç dəfə (bazar ertəsi, çərşənbə axşamı və çərşənbə), lakin iki növbə işləyəcək.

Bundan başqa, modernləşmə çərçivəsində Tolyatti avtozavodu “Lada Largus” və “Nissan Almera” modellərinin planlaşdırılmış istehsalına başlamaq niyyətindədir. Xatırladaq ki, bu modellər yeni B0 xəttində buraxılır ki, bu da “Renault-Nissan” alyansının platformasında qurulmuş avtomobillləri nəzərdə tutur. Burada həftənin beş günü üç növbə, həmçinin şənbə günü iki növbə işləyəcək.

Yolsuzluq avtomobili “Lada 4x4”-ün istehsalının dayandırılması aprelin 27-dən başlayaraq bir aya planlaşdırılıb. Bu da avtomobillərin boyanma qurğularının hazırlanması ilə əlaqədardır.

AUTO.AZ



teqlər:
Lada, Lada Niva 04.04.2013

Şərhlər


AD