Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar Nyu-Yorkda möhtəşəm və sürətli sedan göstərdi

Nyu-York avtosalonunda “Jaguar” şirkəti öz yeni flaqmanı “XJ”-i “yüklənmiş” R variantda təqdim etdi. Möhtəşəm sedanı 100 km/saata cəmi 4,4 saniyəyə sürətlənmək bacarığı, aerodinamik paket və interyer bəzəyinin geniş imkanlaı ilə təchiz etdilər.

R variantı standart “Jaguar XJ”-dən qabaq splitter, ventilyasiya dəlikləri olan yeni kapot, “dörd qat” qazçıxma sistemi və qabaqdan 265/35, arxadan isə 295/30 ölçülü Pirelli şinləri “geyinmiş” unikal 20-düymlük təkər diskləri ilə fərqləndirmək olar.

Bundan başqa, yük yerinin qapağını spoylerlə, yan qapıaltıları isə - xüsusi aerodinamik qoymalarla təchiz ediblər. “Jaguar XJR”-in interyeri üçün bir neçə unikal rəng kombinasiyaları və xüsusi bəzək materialları nəzərdə tutulub.

Yenidən yüklənmiş adaptiv asılqan, aktiv differensial və yenidən kolibrovka olunmuş sabitləşdirmə sistemi istehsalçının dediyinə görə, minik flaqmanına yaxşılaşdırılmış idarəetmə dəqiqliyi, böyük sürət zamanı yüksək sabitlik və güzəştsiz nəzarət səviyyəsi təmin edəcək.

Yeri gəlmişkən, sedanın asılqanını Nürnburqrinqdə və Gaydon şəhərində öz tədqiqat mərkəzlərinin trasslarında yükləyiblər. Bundan başqa, yenilik modernləşdirilmiş sükan idarəetməsi ilə təchiz olunub.

XJR-in dinamikası üçün yaxşı tanıdığımız mexaniki kompressoru olan beşlitrlik V8 cavab verir. O 8-pilləli avtomatik sürət qutusu ilə birgə 550 a.g. və 680 Nm fırlanma anı verir. “Jaguar”-da 100 km/saata qədər sürətlənmə vaxtından əlavə yeniliyin maksimal sürətini də bildirdilər –  280 km/saat nömrəsində elektronika ilə məhdudlaşıb.

Yeri gəlmişkən yeni “Jaguar” 100 km/saata sürətlənməyə janrın yaradıcı - altılitrlik 630 a.g.-lü  V12-si olan “Mercedes-Benz S 65 AMG” qədər vaxt sərf edir.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ 29.03.2013

Şərhlər


AD