Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru yeni sedan WRX-in görünüşünə işarə etdi

Subaru” şirkəti gələcək WRX-in timsalını Nyu-York avtosalonunda göstərdi. Əvvəldən də söz verildiyi kimi WRX Concept-in prototipi ilk dəfə Cenevrə avtosalonunda Viziv  konsept-karında nümayiş olunan yeni firma üslubuna əsasən düzəldilib.

“Subaru” dizaynerləri artıq qeyd etmişdilər ki, Viziv konsepti şirkətin seriya modellərində gələcəkdə həyata keçiriləcək çox şeyləri göstərib. İş hələ konveyerə çatmayıb, lakin WRX Concept artıq eksteryerin əsas detallarından bir neçəsini mənimsəyib.

Onlardan böyük radiator barmaqlığı, a ümumi təsvirin baş və arxa optikası və həmçinin bamperin özünəməxsus şəklini misal göstərmək olar. Dörd qazçıxma borusu olan inkişaf etmiş arxa psevdo-diffuzor və 20-düymlük lehimli BBS təkər diskləri prototipə aqressivlik verir.

Çəkinin azalması və ağırlıq mərkəzinin aşağı salınması üçün prototipin damı kömür plastik kütləsindən düzəldilib. Xarici aqressivliyin özünü nə dərəcədə doğruldacağı hələ məlum deyil – “Subaru”-da WRX Concept-in hansı mühərriklə təchiz olunduğunu dəqiqləşdiməyiblər.

Əvvəlcə bildirilmişdi ki, bu ənənəvi turboyükləyicili ikilitrlik oppozitli mühərik ola bilər. Onun gücünü 300 a.g.-nə çatdıracaqlar. “Subaru”-da “WRX Concept”-in seriya variantını gələn il bazara çıxartmağa ümid edirlər.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Impreza, Impreza WRX 29.03.2013

Şərhlər


AD