Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Atelier Valdeig-dən Mercedes-Benz 300 SL Roadster

R230 və ya R231 banında müasir rodster “Mercedes-Benz SL-Class”-a klassik sportkar “300 SL (W198)” üslubu verməyi planlaşdıran  “Atelier Valdeig” atelyesi nəticədə rodster 300 SL üçün yeni asma hazırladı.

Keçən əsrin ikinci yarısının əvvəlindən idman avtomobili tamamlanmış variantda ancaq kompüter təsvirlərində mövcuddur. Çünki unikal retromobilin sahiblərinin çox azı tüninqlə məşğul olmağa hazırdır.

Buna baxmayaraq “Atelier Valdeig” atelyesi yenə də bu cür ciddi addıma cəsarət edən “Mercedes-Benz 300 SL Roadster” sahibi tapmağa ümid edir.

Əfsanəvi sportkar yenidən işlənmiş yan panellərin meydana gəlməsi ilə görünüşünü həqiqətən dəyişir. Genişlənmiş qanadlar daha enli şinlərin istifadəsini nəzərdə tutur.

Tünerlər bu şinlərə dəbli 16-düymlük Revolution və ya Carlsson disklərini “bükməyi” təklif edəcəklər. Bununla birgə “Atelier Valdeig” şirkəti baş işığının doğma vertikal fənərlərini “Gullwing” kupesindən olan dairəvi optika ilə dəyişə və avtomobilin arxa fənərləri üzərində işləyə bilər.

Standart 218 a.g. olan, 3,0 litr həcmli altısılındrli mühərrikə idman qazçıxma sistemi və qapı ağzının kənarlarına çıxarılan borular əlverişli olacaq.

AUTO.AZ



Şərhlər


AD