Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar özünün yeni supersedanını təqdim etdi

Jaguar” şirkəti öz sıralarına “R” hərfli yeni “yüklənmiş” variantı əlavə etdi. Onu bu modellər üçün ənənəvi olan sıxıcı kompressorlu beşlitrlik V8-lə təchiz ediblər, həm də mühərrikin göstəriciləri janrın tanınmış liderlərinin nailiyyətlərini bir qədər üstələyir.

“Jaguar”-da bildirirlər ki, yenilik özündə superkarın dinamikasını yüksək dəbdəbə səviyyəsi ilə birləşdirir. R variantlı beşmetrlik sedan 550 a.g. və təxminən 700 Nm fırlanma anı verən güc qurğusu əldə etdi – kupe “Jaguar XKR-S” analoji mühərriklə təchiz olunacaq. Flaqman sedanının dinamik xarakteristikaları hələ səsləndirilməyib, lakin kupe eyni mühərriklə 100 km/saat sürətlənməyə 4,4 saniyə sərf edir.

R variantlı XJ-ni sedanını başqa modifikasiyalardan alternativ aerodinamik elementlər dəsti ilə ayırmaq mümkün olacaq. Bundan başqa avtomobili idman asılqanı ilə təchiz edəcəklər və ola bilər ki, interyeri idman aksentləri ilə tamamlasınlar. XJR-in tam ötürücü alıb almayacağı dəqiqləşdirilmir.

Qeyd etmək lazımdır ki, böyük “yüklənmiş” sedanlar tayfasının ən məşhur təmsilçisi “Mercedes S 63 AMG” az güclü 5,5 litrlik turbo – V8-lə təchiz olunub – onun mühərriki 544 a.g. verir. Lakin S-klassın təkcə faydalı iş əmsalını 571 a.g. qədər artıran AMG Performance paketi deyil, həmçinin 630 a.g. olan altılitrlik V12 olan S 65 AMG variantı var. “BMW 7 - 760i seriyanın”-nın ən güclü modifikasiyası da öz növbəsində 544 a.g.-nə malikdir.

Ən güclü “Jaguar XJ”-in premyerası Nyu-York avtosalonunda keçiriləcək. Bütün texniki xarakteristikaları istehsalçı elə orada açıqlayacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ 23.03.2013

Şərhlər


AD