Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz CLA 45 AMG-nin xarici görünüşünü nümayiş etdirdi

Bu gün şəbəkəyə dördqapılı kompakt kupe “Mercedes-Benz CLA 45 AMG”-nin “yüklənmiş” variantının ilk rəsmi şəkilləri çıxdı. Onun dünya premyerası bu ayın axırında Nyu-York beynəlxalq avtosalonunda keçiriləcək.

Kiçik dördqapılı sportkar dəbli və aqressiv eksteryer bəzəyi, idman interyer bəzəyi və daha mükəmməl texniki içliyə malikdir. Yenilik yaxın zamanda satışa çıxarılacaq.

“AMG”-nin idman bölməsi ən sürətli “Mercedes-Benz CLA”-nı, özünə şəklidəyişmiş bamperlər, karbon yan ətəklər və yük yerinin kənarında yerləşən kiçik spoyler daxil edən, banın aerodinamik asması ilə təchiz edib.

Avtomobilin idman xarakterini qazçıxma sisteminin dörd kənar qolu, aşağı idman asılqanı, ikirəngli yüngül lehimli AMG diskləri və əyləc sisteminin qırmızı supportları nəzərə çarpdırır.

Salonun tonlaşdırılmış şüşələrinin arxasında idman oturacaqları və konstrakt sırınmış sükan, alüminium pedallar və karbonla bəzənmiş torpeda gizlənir.

Güc aqreqatı kimi hetçbek A45 AMG-yə quraşdırılmış 2,0-litrlik turbolaşdırılmış mühərrik iştirak edir. Hər dörd təkərə ötürülən 360 a.g. və 450 Nm fırlanma anı avtomobili 100 km/saata təxminən 4,6 saniyəyə sürətləndirir. Maksimum sürət isə 250 km/saata qədərdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLA, CLA45 AMG, AMG 23.03.2013

Şərhlər


AD