Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vath Automobiltechnik-dən Mercedes-Benz A250 V25

Hetçbek “Mercedes-Benz A-Class”-ın yeni nəsli alman tüninq atelyesi “Vath Automobiltechnik”-in mütəxəssisləri tərəfindən işlənmiş satışdansonrakı köklənmənin yeni variantını əldə etdi. Nümunəvi model V25-in əsası kimi A250 seriya modifikasiyası qoyuldu. Tünerlər onu yeni ban aksesuarları, modernləşdirilmiş texniki içlik, dəbli təkərlər və yeni bəzənmiş interyerlə təchiz ediblər. Görülmüş işin nəticəsi eksklüziv “qaynar” hetçbek oldu. Bu hetçbek daha çox idman üslubunda olan avtomobillər üçün ciddi rəqib ola bilər.

Hösbax şəhərciyindən olan bavariya tüninq ustaları “Mercedes-Benz A-Class”-ın üçüncü nəslinin tamamlanmasına avtomobilin xarici görünüşünün dəyişilməsindən başlayıblar. Bu da qabaq oxda təzyiq gücünü artırmağa imkan verən qabaq splitterin əmələ gəlməsinə və ştatda olan təkərlərin qabaq oxda 235/35, arxa oxda isə 255/30 ölçülü aşağı profilli Dunlop şinləri “geyinmiş” yeni müxtəlif endə olan 19-düymlük disklərlə dəyişilməsinə gətirib çıxartdı. Karbon lifindən olan splitter müştəriyə 1416,10 avroya, təkərlər isə 2545,65 avroya başa gələcək. Avtomobilin idman üslubu həmçinin 30 mm aşağı salınmış asılqanla nəzərə çarpdırılacaq ki, bu da 333,20 avroya başa gələn qısaldılmış yayların və idman qazçıxma sisteminin bir cüt oval ucluqlarının hesabına əldə olunacaq.

“Vath” şirkətinin mexanikləri 2,0 litr həcmli dördsilindrli turbo mühərrikin faydalı iş əmsalını artırmaq üçün səs tənzimləyən klapanı və idman katalizatoru olan tamamilə yeni buraxılış sistemi yığıblar. Buraxılış sisteminin hər iki yarısı paslanmayan poladdan hazırlanıb və müvafiq olaraq, 2011,10 avro və 3439,10 avroya əlverişlidir. Elektron idarəetmə blokunun təchizat proqramına edilən dəyişikliklər 940,10 avro qiymətləndirilir və ehtiyat mühərrikindən 34 a.g. və 90 Nm maksimal fırlanma anı sıxmağa imkan verir. Bu göstəricilərlə hetçbek 100 km/saata 5,9 saniyəyə sürətlənməyə başladı. Onun maksimal sürəti 250 km/saat oldu. Xatırladaq ki, 211 a.g. və 300 Nm yığan seriya avtomobili yüzü 6,6 saniyəyə yığırdı, maksimum gücü isə 240 km/saat idi.

Sonda tünerlər paslanmayan şlanqlar quraşdırıb və  Castrol SRF (464,10 avro) əyləc mayesi töküb əyləc sistemini moderləşdirməyi və interyeri ağac ya da karbon əlavə etməklə dəri ilə bəzəməyi təklif edəcəklər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class, Vath 16.03.2013

Şərhlər


AD