Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fin buzun üstündə 335 km/saat sürətlə getdi

“Nokian” şin şirkəti özünün iki il bundan əvvəl buz üstündə maksimal sürətlə hərəkət etmə rekordunu qırdı. Bu fin istehsalçısının yeni şinləri – “Hakkapeliitta 8”-in reklam kompaniyasının növbəti mərhələsi oldu.

Əslində finlər iki il bundan əvvəl etdiklərini təkrarladılar. Eyni trass – Oulu şəhəri yaxınlığında, Baltik dənizi buzunda 12 km-lik düz yol. Eyni avtomobil – şirkətin şinləri sınaqdan keçirmək üçün istifadə etdiyi, tüninq olunmuş (mühərrikin gücü artırılıb, asılqan tamamlanıb) “Audi RS6”. Sükan arxsında eyni sürücü – “Nokian”-nın ştatda olan test-pilotu Yanne Laytinen.

Bütün fərq şinlərdədir. Keçmiş rekord “Hakkapeliitta” şinlərinin yeddinci nəslinin istifadəsi ilə müəyyən edilmişdi. Bu dəfə “Audi”-də əvvəlkindən çıxıntılarnın sayı artırılmış, çıxıntının tərpənməsini azaldan təkmilləşmiş çıxıntı texnologiyaları olan və rezin qarışığın yeni tərkibi ( əsasən qarışığı eyni zamanda bərk edən və qarlı, buzlu yolda muftanı əlavə olaraq yaxşılaşdıran vəzərək yağı istifadə olunur) ilə fərqlənən səkkizinci nəsil şinlər istifadə olunub.

İki il bundan əvvəl Yanne Laytinen 331 km/saat sürət yığa bilmişdi. Bu dəfə isə yeni şinlər finə özü özündən 4 km/saat qazanmağa imkan verdi –yeni rekord 335 km/saat təşkil etdi. Rekord sınaqda 255/35R20 ölçülü şinlərdən istifadə olunub.

AUTO.AZ



teqlər:
Nokian 16.03.2013

Şərhlər


AD