Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Schwabenfolia Audi RS3 Sportback-i “yenidən yüklədi”

Alman tüninq-atelyesi “Schwabenfolia” özünün son layihəsini – tüninq olunmuş “qaynar” hetçbek “Audi RS3 Sportback”- i – təqdim etdi. Avtomobil üzərinə dekorativ vinil plyonka yapışdırılmış eksklüziv işlənmiş ban və yeni interyer aldı.

Bununla yanaşı tünerlər dünyada onsuz da ən sürətli hetçbekdə daha güclü xarakteristika əldə etmək üçün güc aqreqatını sürətləndiriblər. Avtomobilin banına “Gorange Metallic” rəngli qızılı plyonka yapışdırıblar.

Ona qara rəngdə aksesuarlar, o cümlədən dam, arxa görünüş güzgüsünün korpusları və qabaq bamperdə havaçıxıntılarının və radiator barmaqlığının üstünü örtən qara tor əlavə ediblər. Eksteryerin fərdiləşdirilməsi 2350 avroya başa gələcək. əlavə 1450 avroya isə avtomobilin salonunu yenidən işləmək olar.

“Audi RS3 Sportback”-ə seriya şəklində quraşdırılan 2,5-litrlik 5-silindirli turbolaşdırılmış mühərrikin məhsuldarlığını artırmaq üçün tüner onu “F-Town Street Machines” şirkətinin “RAGE 2.5” idman qazçıxarma sistemi ilə təchiz etməyi və mühərrikin elektron idarəetmə blokunun yenidən tənzimlənməsini təklif edir.

Bu gücü 335-dən 419 a.g.-ə və fırlanma anını 450-dən 570 Nm-ə qədər artırmağa imkan verəcək.

AUTO.AZ



teqlər:
Audi, Audi RS3, RS3 Sportback, SchwabenFolia 15.03.2013

Şərhlər


AD