Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Range Rover Sport — ilk fotolar var

Rəsmi təqdimatı Nyu-York avtosalonunda keçiriləcək yeni “Range Rover Sport”-un ilk şəkilləri peyda oldu.

Avtomobilin xarici görünüşü həm crossover “Range Rover Evoque”-u, həm də “Range Rover”-in adi variantını xatırladır. Xarakterik radiator barmaqlığı olan aqressiv qabaq hissə, qabaq və arxa işıqlarda uzadılmış fənərlər, xüsusi kandarlar, arxa spoyler, qabaq və arxa bamperlərdə plastik qoymalar və qazçıxarma sisteminin 2 borucuğu xüsusi qeyd edilməlidir.

Çox güman ki, mühərrik sırasını “Range Rover Sport” öz “idmançı olmayan qardaşı” ilə bölüşəcək. Krossover 3,0-litrlik (225 a.g.) və 4,4-litrlik (335 a.g.) həcmi olan 2 dizel mühərrik, o cümlədən 3,0- və 5,0-litrlik (340 və 510 a.g.) 2 benzin mühərriki alacaq.

Bundan əlavə məlumdur ki, yeni “Range Rover Sport” yeni “PLA” platforması sayəsində ötən nəslin avtomobilindən 300 kq yüngül olacaq. Şirkət martın 29-u keçiriləcək rəsmi təqdimat mərasimində yenilik barədə ətraflı məlumat verəcəkdir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Range Rover Sport 15.03.2013

Şərhlər


AD