Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

G-Power rəsmən BMW M6 Bi-Tronik-i təqdim etdi

BMW” markalı avtomobillərin satışdan sonra tamamlanması üzrə ixtisaslaşan “G-Power” şirkəti öz yeni layihəsinin təfərrüatları barədə məlumat verib – bu sportkar “M6 Bi-Tronik III”-dür. 35150 avro qiyməti olan tüninq-paket başlanğıc avtomobilinin dinamikasını nəzərə çarpan dərəcədə artıracaq və onun maksimal sürətini artıracaq.

Bununla yanaşı tünerlər idman kupesinin hərəkət xüsusiyyətlərinin yaxşılaşdırılmasını da yaddan çıxarmadılar, o cümlədən öz istehsalları olan təkər disklərinin köməyi ilə onun xarici görünüşünü də yenilədilər.

“BMW M6 Bi-Tronik III”-ün kapotunun altına baxsaq, orada 640 a.g.-ə və 777 Nm-ə qədər gücləndirilmiş 4,4-litrlik tvin-turbo V8 mühərrikini görərik. Məhsuldarlığın 80 a.g. və 97 Nm artmasına 12 kq-a qədər yüngülləşdirilmiş titandan olan idman qazçıxarma sistemi və yenidən tənzimlənmiş elektron idarəetmə bloku imkan verib.

“G-Power”-in verdiyi məlumata əsasən avtomobil yerindən 100 km/saata 3,8 sauiyəyə sürətlənir və maksimal sürəti 314 km/saat təşkil edir. Seriyalı “BMW M6 Coupe” də tənzimlənə bilən “RS” koyloverləri, Michelin Pilot Super Sport şinlərinin “geyindirildiyi” döyülmüş 21-düymlük çoxmilli “Silverstone RS” diskləri və 420 mm əyləc diskləri və qabaq oxda 6-porşnli supportları olan karbon-keramik əyləclər də alacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, G-Power 13.03.2013

Şərhlər


AD