Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Klassik “Niva” 2 milyon nüsxəyə qədər yaşaya bildi

Buraxılışından 36 il sonra Tolyattidə bir çox rusiyalıların “Niva” kimi tanıdığı “Lada 4x4” avtomobilinin 2 milyonuncu nüsxəsi konveyerdən çıxdı. Bu münasibətlə təşkil olunmuş təntənəli tədbirdə zavod rəhbərliyi avtomobilin varisinin hazırlanması barədə planlar olduğunu bildirdi.

“VAZ-2121 Niva” avtomobilinin istehsalı 1977-ci il aprelin 5-də Tolyattidə başladı, 2 milyonuncu nüsxə isə cari il martın 12-də buraxıldı. “AvtoVAZ”-ın nümayəndələri “səbəbkarın” ən parlaq nailiyyətləri barədə məlumat vermədilər. Məsələn, “Niva” Antarktidada istifadə olunann ilk təkərli nəqliyyat vasitəsidir (belə ki, avtomobil “Bellinstauzen” stansiyasında təqribən 10 il istifadə edilmiş və bu müddət ərzində 40000 km məsafə qət etmişdir).

Xatırladaq ki, 70-ci illərin sonlarında “Niva” hətta dünya miqyasında müəyyən yer aldı. “AvtoVAZ”-ın konstruktorları dünyada ilk dəfə olaraq daşıyıcı banı, daimi tam ötürücünü və minik avtomobillərinə xarakterik olan rahatlıq mərhələsini bir yerə yığa bildilər. Təəccüblü deyil ki, məhz “Niva” zavodun xaricdə buraxılan ilk modeli oldu: 1985-ci ildə Yunanıstanda yolsuzluq avtomobillərinin yığılmasına başlanıldı, daha sonra isə bənzər təcrübə Uruqvay və Ekvador kimi Cənubi
“AvtoVAZ”-ın prezidentinin sözlərinə görə zavod bu təcrübəni təkrar etməyə hazırdır: “Lada 4х4 – yüzfaiz bütün yolsuzluqlarda hərəkət edə bilən avtomobildir”, bu sözləri təntənəli mərasimdə İqor Komarov demişdi.

“O öz sinfində ən əlverişlisidir. Bu cür avtomobil həmişə lazım olub və olacaq. Buna görə də “AvtoVAZ” bugün yeni yolsuzluq avtomobili konsepsiyası üzərində çalışır. İnanıram ki, o əfsanənin layiqli davamçısı olacaq”, deyə o, qeyd etmişdir.

AUTO.AZ



teqlər:
Lada, Lada Niva 13.03.2013

Şərhlər


AD