Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Oakley Design-dan Mercedes SLS 640-2 Carbon Edition

“Oakley Design” və “Refined Marques” şirkətlərinin səyi nəticəsində dünyaya eksklüziv açıq  sportkar “Mercedes-Benz SLS 640-2 Carbon Edition” gəldi. Biz də bu məqalədə onu oxucularımızla tanış etmək istəyirik. Hal-hazırda tünerlər avtomobil haqqında çox az məlumatla və fotoşəkillərlə bölüşüblər.

Lakin bu da tüninq olunmuş “Mercedes-Benz SLS AMG Roadster”-dən nə gözləmək olduğunu bilmək üçün kifayət etdi. İşlərin çox hissəsi avtomobilin xarici görünüşünün fərdiləşdirilməsi üzərində aparılıb. Lakin avtomobilin texniki tərkibi üçün də bəzi tamamlanmalar aparılıb.

“Mercedes-Benz SLS 640-2 Carbon Edition” təkcə avtomobilin eksteryerini deyil, həm də banın aerodinamik xüsusiyətlərini yaxşılaşdıran aerodinamik asmaya malikdir. Yenilənmiş qabaq bamper bir neçə hava çıxışı, diodlu hərəkət işıqları, nazik aşağı splitter və əyləc mexanizmlərinin soyudulması üçün yan vertikal dəliklərə malikdir.

Şəklidəyişilmiş arxa bamper diffuzor və bir cüt qoşa rombşəkilli ucu olan qazçıxma borusu dəliyi əldə etdi. Baqajın qapağına dar spoyler yerləşdirilib. Ağ ban, arasında təkərlər asma hissələri, radiator barmaqlığını örtən tor və qabaq qanadlarda yerləşən ventilyasiya dəliklərinin qoymaları olan qara aksentlərlə əla təzad yaradır. Qırmızı dəri salon karbon liflərindən qoymalarla bəzədilib.

“Oakley Design və Refined Marques”-in işçiləri avtomobilin kapotaltı hissəsini də nəzərdən qaçırmayıblar. Onlar, həmin hissəni nəinki karbonla bəzəyib, silindr blokuna yeni qapaq qoyublar, həmçinin bəzi tamamlamalar da ediblər. Seriyalı modeldə 571 a.g. və 650 Nm maksimal fırlanma anı verən 6,2-litrlik atmosfer V8 mühərrikinin məhsuldarlığını artırmaq üçün tünerlər elektron idarəetmə blokunu yenidən proqramlaşdırdılar və idman qazçıxarma sistemi quraşdırdılar.

Nəticədə mühərrikin məhsuldarlığı 640 a.g.-ə və 773 Nm-ə qədər artdı. Rodsterin sürət xarakteristikası barədə dəqiq məlumat verilmir, lakin biz güman edirik ki, o yerindən 100 km/saata 3,8 saniyədən az vaxta sürətlənir və maksimal sürəti 318 km/saatdan çoxdur – bu baza avtomobilinin göstəriciləridir.

AUTO.AZ



Şərhlər


AD