Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SchwabenFolia tüninqində Chevrolet Camaro SS

Seriya avtomobillərinin kosmetik və texnik tamamlanmasında ixtisaslaşmış “SchwabenFolia” alman şirkəti Amerika masl karı “Chevrolet Camaro SS” üzərində işi başa çatdırdı.

Tünerlər kupeni daha parlaq və cəlbedici edib, onun xarici görünüşünü fərdiləşdirdilər, asılqanı tamamladılar və mühərrikə müsbət yeniliklər daxil etdilər.

Qeyd etmək lazımdır ki, alman mütəxəssislərinin bu layihəsi original üslubunu saxlamaqla avtomobilin fərdiləşdirilməsinin daha bir müvəffəqiyyətli variantını nümayiş etdirir.

Banın çox hissəsini tutqun göy “Anodized Blue” təbəqəsi ilə yapışdırıblar. Ona zidd olaraq kapotdakı çıxıntını, damı, arxa görünüş güzgülərinin korpusunu sıxan tutqun qara “Black Brushed Steel” təbəqəsi istifadə olunub.

Banın yanlarından tonlaşdırılmış şüşələr və tündləşdirilmiş fənərlərlə birlikdə sportkupenin fərdiliyini nəzərə çarpdıran nazik ağ tutqun zolaqlar gedir. “Chevrolet Camaro SS” qabaqdan 245 mm-lik, arxadan isə 275 mm-lik şinləri olan 20-düymlük disklər, tənzimlənən “KW Variant 1” koyloverləri və LSD lambo-qapılar əldə etdi.

62-litrlik V8 atmosfer mühərrikini “TVS2300 Magnuson” sıxıcı kompressoru ilə təchiz ediblər. Bu da onun çıxış gücünü 525 a.g.-nə qədər artırmağa imkan verib.

AUTO.AZ



Şərhlər


AD