Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SEAT Leon Cenevrədə iki qapısından məhrum oldu

SEAT” şirkəti Cenevrəyə ənənəvi SC işarəsi əldə edən “Leon” ailəsi tarixində ilk 3-qapılı hetçbek gətirdi. Bu abbreviatura “sportkupe” kimi şərh edilir. Yeni variant beşqapılıdan qısadı, lakin yük yerinin həcminə və arxa sərnişinlər üçün olan yerdə heç də ondan geri qalmır.

“SEAT”-də iddia edirlər ki, “Leon SC” “Leonun” qapıları azaldılmış modifikasiyası deyil. Ailənin ən emosional üzvü adına layiq olan müstəqil modeldir. “Leon SC” beşqapılıdan arxaya çıxarılmış orta dirəklərlə, daha sərt əyilmiş qabaq şüşə ilə, damın dinamik xətti ilə və “enli ombalı” arxa qanadlarla fərqlənir. Yalnız praktikliliyi ilə seçilmir.

Iki qapıdan məhrum olduqdan sonra hetçbek 20 kq yüngül oldu və sinfinin ən yüngül avtomobili adına iddialıdır. Üçqapılı “SEAT Leon”-nun təkər bazası beşqapılı variantdakından 35 mm azalıb, uzunluğu isə 80 mm qısalıb (4,31-dən 4, 23-ə qədər), lakin istehsalçılar təcili qeyd etdilər ki, modelin yük yerinin həcmi əvvəlki səviyyədə qalıb – 380 litr. Əvəzində, mühəndislər hetçbeki qısaldıb onun manevr etmə qabiliyyətini yaxşılaşdırıblar.

“Leon SC” mühərrik qammasını 5-qapılı peşə yoldaşından mənimsəyəcək. Ona “Volkswagen” konserninə məxsus 1,2-dən 2,0-litrə qədər həcmi olan turbolaşdırılmış benzin və dizel mühərrikləri daxil olacaq. Bazada 105 a.g.-lü 1,2 TSI, ən güclü modifikasiyada 180-güclü 1,8-litrlik benzin və 150 a.g. və 320 Nm verən dizel mühərriklər olacaq.

Sürət qutuları sırasında da heç bir sürpriz yoxdur – hetçbek alıcılarına ya 5- və ya 6-pilləli sürət qutusu, ya da 6- və 7-pilləli DSG təklif olunacaq. Banın dəyişilməsinin modelin dinamikliyinə təsir edib-etməməsi barədə istehsalçı hələlik məlumat vermir.

5-qapılı “Leon” kimi 3-qapılı hetçbek də yaxın gələcəkdə “yüklənmiş” FR modifikasiyası da alacaq. Onun üçün artıq 184-güclü dizel müəyyən edilmişdir. Lakin onun peyda olma vaxtı hələ məlum deyil. İspan şirkətinin dilerləri yeniliyin sifarişlərini artıq aprel ayında qəbul etməyə başlayacaqlar, ilk avtomobillər isə şou-rumlarda bu ilin iyul ayında peyda olacaq.

AUTO.AZ



teqlər:
Seat, Seat Leon 11.03.2013

Şərhlər


AD