Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Need 4 Speed Motorsports-dan Mercedes C63 Striker

Bütün dünyada tünerlər arasında məşhur olan alman idman sedanı “Mercedes-Benz C63 AMG” satışdansonra tamamlanma üzrə növbəti – bu dəfə “Need 4 Speed Motorsports” atelyesinin mütəxəssisləri tərəfindən hazırlanmış hədsiz variantını aldı.

Amerikan tünerləri “Striker” adlı tüninq-paketlərinə avtomobilin orijinal üslubunu qoruyub saxlayan, lakin bununla da onun məşhur sürət xarakteristikasını göstərən ən lazımi elementləri daxil etdilər.

Tənzimləmə proqramında avtomobilin xarici görünüşünü yaxşılaşdırmaq və onun texniki hissəsini moderləşdirmək nəzərdə tutulur. Arxa hissə arxa bamperdə diffuzorun və baqaj qapağında “Mode Carbon”-un istehsalı olan spoylerin quraşdırılması ilə yeni görünüş aldı.

Elə də böyük olmayan “yüklənmiş” sedan “Mode Carbon” şirkəti tərəfindən karbondan hazırlanmış “V1” qabaq önlüyü və “Mercedes-Benz”-in üç şüalı ulduzu yerləşdirilməyən karbon radiator barmaqlığı aldı.

Qara pardaxlanmış ban aşağı profilli şinlərə bükülmüş və parlaq sarı supportları olan beşmilli 20-düymlük gümüşü rəngli “Vossen CV3 Wheels” disklərlə əla təzad təşkil edir.

Tamamlanmanın son mərhələsində avtomobili tənzimlənə bilən “KW3” koyloverləri ilə təchiz etdilər. Onlar yol səthi arasındakı hündürlüyü aşağı salmaqla sedanın idman duruşunu vurğulayır.

AUTO.AZ



Şərhlər


AD