Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Jeep Cherokee-nin ilk şəkilləri meydana gəldi

Yeni krossoverin tam premyerası təxminən bir aydan sonra, martın 29-da açılacaq Nyu-York avtosalonunda keçiriləcək. Tam təfərrüatlar məhz orada səslənəcək. İndi isə potensial alıcılar və markanın fanatları avtomobilin ziddiyətli xarici görünüşünün müzakirəsi ilə məşğul olacaqlar.

Rəsmi press-relizdə “Chrysler” konserninin təmsilçiləri “qeyri-adi dinamika” və “öz sinifi üçün ən yaxşı məziyyətlər dəsti” haqqında ümumi sözlərlə məhdudlaşır və sirri açmağa tələsmirlər. Buna baxmayaraq, bir göstərici səslənib: “Cherokee” “Liberty”-dən 45 % az yanacaq sərf etməlidir. Bu praktikada qarışık dövrdə 100 km-ə 5 litr deməkdir ki, bu da inanılmazdır.

Xarici mətbuatın verdiyi məlumata görə, yenilik “Dodge Dart” kompakt sedanı üçün özül olan “Compact Wide” fiat platformasına əsaslanır. O həm tam ötürücülü avtomobillərin, həm də V6 konfiqurasiyalı mühərriklərin istifadəsinə imkan verir. Altısilindrli dizel və benzin mühərriklərinin “Cherokee”-nin güc aqreqatları qammasına daxil olacaqları gözlənilir. Məlumdur ki, yenilik 3,2 litr həcmli mühərrik əldə edəcək. Bu mühərrik rusiyalılara “Wrangler” və “Grand Cherokee” modellərindən tanış olan 3,6 litr həcmli mühərrikin variantlarından biridir.

Bundan başqa, məhz “Cherokee” 9-pilləli avtomatik sürət qutusu ilə təchiz olunacaq “Fiat-Chrysler” birləşməsinin birinci yeni modeli olacaq. Avtomobili Toledoda (Ohayo ştatı) yığacaqlar, amerika diler mərkəzlərində ilk avtomobillər avqust-sentyabr aylarında meydana gələcək.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Cherokee 25.02.2013

Şərhlər


AD