Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes CLA45 AMG virtual aləmdə debüt edir

“AMG”-dən olan “canlı” kompakt sedanın təqdimatı Nyu-Yorkda mart ayında keçiriləcək avtomobil sərgisinə planlaşdırılır. Lakin “yüklənmiş” yeniliyin sükanı arxasında oturmaq üçün onun satışa çıxarılmasını gözləmək vacib deyil – “Mercedes CLA45 AMG” yeni yürüş simulyatory “PS4”-də baş rolu ifa edəcək.

“Sony”-dən yeni oyun konsolunun işıq üzü görməsini istehsalçılar yeni nəsil üçün bütöv kompleks oyunlarla müşayiət edəcəklərinə vəd ediblər. Onlardan biri də “Evolution Studio”-dan “Driveclub” olacaq – bu layihəni yürüş simulyatorları janrında “yeni ifadə” adlandırırlar. Söhbət təkcə birinci şəxs tərəfindən görüntüdən getmir, həm də personajın tam sərbəstliyindən gedir – qəhrəman avtomobildən çıxa bilər, ona daxildən və xaricdən baxa bilər, özbaşına təhlükəsizlik kəmərini bağlaya bilər və s. Bundan əlavə “Driveclub” yaradıcıları bildirirlər ki, onlar əsas diqqəti multioyunçu rejiminə və oyun komandalarının birləşdirmə imkanına yönəltmişlər.

Çox güman ki, elə bütün bunlar da “Mercedes-Benz”-i öz yeni idman modeli – dördqapılı kupe “CLA45 AMG” – ilə oyunda iştırak etməyə təhrik etmişdir. Oyunun virtual dünyasından olan skrinşot sedanın ilk rəsmi təsviri oldu. Real həyatda yenilik hetçbek “A45 AMG”-nin aldığı eyni güc qurğusunu alacaq, yəni 2,0-litrlik, 360 a.g. turbo mühərrik. “AMG”-də onu seriyalı 4-qapılılar dünyasında ən güclü mühərrik adlandırırlar. Buna müvafiq olaraq “CLA45 AMG” sinfində ən güclü sedan olacaq.

Əgər hetçbek “Mercedes A45 AMG”-nin təqdimatı Cenevrə avtosalonuna planlaşdırılarkən, 4-qapılı variantı dünyanın o biri başında – Nyu-Yorkda nümayiş etdirəcəklər. Bu mart ayının sonunda baş verəcək. “Driveclub”-ın buraxılma tarixi barədə isə hələlik rəsmi məlumat yoxdur.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLA, CLA45 AMG, AMG 23.02.2013

Şərhlər


AD