Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi seriyalı krossover RS Q3-ü təqdim etdi

Pekin 2012 avtosalonunda “Audi” şirkəti “Q3” modelinin bazasında “yüklənmiş” krossover “RS Q3” konseptini təqdim etdi. Lakin indi alman avtomobil istehsalçısı dünya debütü 2013-cü ildə Cenevrə motor-şousunda olacaq bu modelin seriyalı variantının sirrini açdı.

Xaricdən yeni “Audi RS Q3 2014” bir çox cəhətlərinə görə konsepti xatırladır – onun böyüdülmüş hava çıxıntıları olan aqresiv qabaq bamperi, tutqun alüminium çərçivəsi olan parlaq qara rəngdə radiator barmaqlığı, arxa spoyleri, diffuzoru və qazburaxma sisteminin bir ədəd borusu var (bu dəfə iki əvəzinə bir).

Krossoveri 2,5-litrlik sıralı 5-silindirli turbo mühərrik hərəkətə gətirir. Bu mühərrik kupe “TT-RS”-ə və hetçbek “RS3”-ə də quraşdırılır. Lakin onun “RS Q3”-də gücü 340-dan 310 a.g.-ə qədər azaldıldı, maksimal fırlanma anı isə dəqiqədə 1500-dən 5200 dövr diapazonda 420 Nm oldu.

Mühərrik preselektiv 7-diapazonlu və 2 muftalı “S tronic” sürət qutusu ilə birgə çalışır. Bu sürət qutusu dartma gücünü hidravlik ötürücü və arxa oxda çoxdiskli muftanın elektron idarəsi ilə təchiz olunmuş “Quattro” sistemi vasitəsilə bütün təkərlərə ötürür.

Yerindən 100 km/saat sürətə 730 kq çəkisi olan krossover “Audi RS Q3” 5,5 saniyə vaxt sərf edir, onun maksimal sürəti isə 250 km/saatdır. Qarışıq dövrdə orta yanacaq sərfiyyatı 100 km məsafəyə 8,8 litrdir.

Avtomobil böyük 19-düymlük disklər üzərində dayandırılır (opsional olaraq 20-düymlük təkərlər də əldə etmək olar). Yenidən tənzimlənmiş asma yol səthi ilə hündürlüyü 25mm-ə qədər azaltmağa imkan verdi. Akkumulyator oxlar arasında çəkinin daha effektiv bölünməsi üçün baqaja keçirilmişdir. Standart əyləclər isə gücləndirilmiş mexanizmlərlə əvəz olunmuşdur.

Yeni “Audi RS Q3 2014” salonunda qara dəri və alkantara ilə işlənmiş idman oturacaqları, alüminium bəzəklər, yenidən işlənmiş cihazlar paneli və aşağıdan dairəsi kəsilmiş sükan ilə lovğalana bilər.

Krossoverdə modernləşdirilmiş sabitləşdirmə sistemi idman rejimi almışdır. Bu rejimi istənilən vaxt tamamilə söndürmək olar. Həmçinin yerindən cəld hərəkət üçün “Launch Control” funksiyası da sürücünü ixtiyarına verildi. “RS Q3”-ün Avropa satışı payızda başlayacaq. Almaniyada onun qiyməti 54600 avro olacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi Q3, RS Q3 22.02.2013

Şərhlər


AD