Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

FiveNine Design tüninqində Mercedes-Benz C63 AMG

Avtomobillərin satışdan sonrakı tamamlanmasında ixtisaslaşan “FiveNine Design” atelyesinin mütəxəssisləri son layihələrinin fotoşəkillərini nümayiş etdirdilər.

Bu dəfə kiçik modernləşmə obyekti alman kupesi “Mercedes-Benz C63 AMG Black Series” oldu. Mühəndislər bavariya idman avtomobilini yeni arxa diffuzor və “Mode Carbon” arxa görünüş güzgüləri ilə təchiz etdilər.

Əlavə olaraq “C63 AMG Black Series”-i çox keyfiyyətli rezin “geydirilmiş” 20-düymlük, yüngül lehimli “ADV5.21 SL Monoblock” təkər diskləri dəsti ilə təchiz ediblər.

Təkər diskləri dəstinin fərqli xüsusiyyəti onların qeyri-adi rəngidir. “FiveNine Design” mütəxəssisləri təkərləri, tam qara rəngə boyanmış avtomobilin fonunda çox seçilən, parlaq qırmızı rəngdə rəngləmək qərarına gəldilər.

Disklərin nazik millərinin arxasında həmçinin qırmızı rəngə boyanmış əyləc supportları görünür. Modernləşdirilmiş “Mercedes-Benz C63 AMG Black Series”-in korpusunda yerləşən daha bir qırmızı element modelin mühərrikinin həcmini göstərən panel oldu.

Onu banın hər iki tərəfində, qabaq təkər yarımhalqalarının arxasında tapmaq olar. “FiveNine Design” təmsilçiləri hələ ki, bu avtomobilin tamamlanmasının qiymətini dəqiqləşdirməyiblər.

AUTO.AZ



Şərhlər


AD