Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheelsandmore tüninqində Aston Martin Vanquish

Tüninq-atelye “Wheelsandmore” britaniya sportkarı “Aston Martin Vanquish”-a ünvanlanan satışdansonra tamamlanma üzrə yeni paket təqdim etdi. Öz ampluasına uyğun olaraq avtomobillərin satışdansonra tənzimlənməsində ixtisaslaşan alman ustalar daha sürətli göstəricilər əldə etmək üçün əsas diqqəti texniki göstəricilərin modernləşdirilməsinə yönəltdilər. Bir sıra kosmetik aksesuarlar da idman kupesinin eksteryerini bir qədər yeniləməyə imkan verir və onu daha parlaq və eksklüziv edir.

“Aston Martin Vanquish”-in əsas fərdilik üslubunu vurğulamağa alman tünerinin geniş palitrasından olan xüsusi ban rəngi imkan verir. Bu rənglərə qara aksesuarlar və banın ortasından gedən nazik qara xətt, o cümlədən bir neçə bəzəmə variantında təklif olunan təkər diskləri əlavə edilir. 8277 avro ödəməklə müştəri qabaq oxda 255/35, arxa oxda 305/30 ölçülərində olan “Michelin” və ya “Pirelli” şinləri geyindirilmiş 20-düymlük “6Sporz²” diskləri, 10756 avro ödəməklə isə qabaqdan 265/30, arxadan isə 325/25 ölçülərində olan “Continental Sport Contact 5P” şinləri geyindirilmiş 21-düymlük disklər əldə edə bilər.

5,9-litrlik V12 mühərrikinin faydalı iş əmsalını artırmaq üçün “Wheelsandmore” mütəxəssisləri paslanmayan poladdan hazırlanmış yeni qazburaxma sistemi düzəltdilər. İki borulu qaz buraxma sistemi idman katalizatoru və səsin idarəsi qapağı ilə təchiz edilmişdir. Qaz buraxma sistemi üçün 6260 avro ödəməklə müştəri nəinki ən yoğun səs, həm də mühərrikin gücündə əlavə 25 at alacaq. Əgər bu kifayət etməsə, əlavə 6033 avro ödəməklə bu məsələni də həll etmək olar. Bu əlavəyə elektron idarə blokunun yenidən tənzimlənməsi və hava filtrinin dəyişməsi daxildir. Belə olduqda 40 a.g. və 90 nyuton metr də əlavə olunur. Nəticədə güc qurğusu 565 a.g. və 620 Nm əvəzinə 613 a.g. və 710 Nm fırlanma anı verəcək. Tüninq olunmuş avtomobilin dinamikası açıq-aydın 100 km/saata 4,1 saniyəyə sürətlənən və maksimal sürəti 295 km/saat olan seriyalı modeldən yaxşı olacaq.

Daha ciddi dəyişikliklər arzu edən “Aston Martin Vanquish” sahiblərinə yeni koyloverlər və əyləclər təklif olunacaq. Daha ətraflı məlumatı və qiymətləri “Wheelsandmore” atelyesinin saytından əldə etmək olar.

AUTO.AZ



Şərhlər


AD