Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner McLaren MP4-12C üçün paket hazırlayır

Yaxın zamanlarda alman tüninq atelyesi “Vorsteiner” superkar həvəskarlarını daha bir yeni layihə – tamamlanmış kupe “McLaren MP4-12C” – ilə sevindirəcək. Hal-hazırda tüninq proqramı hazırlıq mərhələsindədir, lakin tüner avtomobilin ilk təsvirini nəşr etdirdi və bu da bizə tüninq-paketdən nə gözlədiyimizi anlamağa imkan verir. İndi biz ancaq kosmetik yeniliklərin olması barədə danışa bilərik, lakin ümid edirik ki, “Vorsteiner” atelyesi bunlarla kifayətlənməyəcək.

Yeni bodi-kit seriyalı avtomobil “McLaren MP4-12C”-ə bir qədər yeni flaqman modeli “P1”-ə oxşamağa imkan verəcək. Qabaq hissə böyük splitteri və əyləc detallarını soyutmaq üçün ventilyasiya kəsikləri olan yeni qabaq bamper alacaq. Kənarlardan ətəklər quraşdıracaq, mühərrik bölümünün qapağına isə ensiz spoyler bərkidəcəklər.

Arxa bamper isə sıxma gücünü qabaq oxa ötürəcək diffuzorun meydana gəlməsi ilə dəyişəcək. Aerodinamik asmanı karbon lifindən hazırlayacaqlar və buna görə də o avtomobilin çəkisini artırmayacaq. Bundan əlavə “Vorsteiner” şirkəti idman kupesini dəbli disklərlə və aşağı salınmış asılqanla təchiz etməyi təklif edəcək.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Vorsteiner 20.02.2013

Şərhlər


AD