Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cenevrədə yeni Alpina B3 meydana gələcək

“Alpina” şirkəti Cenevrəyə “3-cü seriya BMW” mövzusunda növbəti variasiya aparır. Buxloe şəhərində tamamlanmış “Alpina B3” adı ilə məşhur olan bavariya sedanı öz sələfindən daha güclü, sürətli və qənaətli oldu.

Sedan, üzərində iki mühəndis kollektivinin birlikdə gördükləri işdən sonra, öz ixtiyarına 410 a.g. əldə edəcək – üçlitrlik turbo “altılıq” məhz bu qədər sürət yığır. Yeri gəlmişkən 335i modifikasiyalı ilk bavariya sedanı cəmi 306 a.g.-nə malikdir, “Alpina B3”-ün əvvəlki variantı isə 10 a.g. zəif idi. Buxloedə bu mühərriki 8-pilləli ZF “avtomatla” aqreqatlaşdırırlar. Beləliklə, sedan 100 km-ə təqribən 4 saniyəyə sürətlənir, tam ötürücü variantlı “BMW 335i” bunu 1 saniyə gec edir. “Alpina” mühəndisləri gücü bir az artırmaqla güc qurğusunun “iştahasını da azalda” bildilər. “BMWBlog” portalının əldə etdiyi rəsmi məlumata görə qənaət təqribən 20% təşkil edəcək. Əgər “Alpina B3”-ün əvvəlki variantı 100 km yola 10 litr yanacaq sərf edirdisə, Cenevrədə peyda olacaq varianta cəmi 7,9 litr lazımdır.

Şirkətin İsveçrə avtosalonunda təqdim etməyə hazırlaşdığı “Alpina B3 Bi-Turbo” sedanın üçüncü nəsli olacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, Alpina B3, Alpina 18.02.2013

Şərhlər


AD