Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes SLS AMG-ə köhnə kostyum geyindirdilər

1955-ci ilin eleqant rodsteri “Mercedes-Benz 300 SC” diriləcək – düzdür, yalnız bir nüsxədə. Şərqi Avropadan olan müştərinin sifarişi ilə onun replikasını superkar “Mercedes SLS AMG” bazasında “Gullwing America” atelyesi həyata keçirəcək.

“W188” kod nişanlı “300” seriyalı modellər keçən əsrin 50-ci illərində o vaxtkı “Mercedes-Benz”-lərin arasında ən nüfuzlu və idman sayağı hesab edilirdi. Bundan əlavə əl ilə yığılan “300SC” rodsterləri dünyada ən möhtəşəm üstü açıq avtomobillərdən biri idi. Onlarda 100 ədəddən az buraxılmışdı.

“Gullwing America” atelyesi keçmişdə məşhur olmuş bu cür modellərin surətlərinin düzəldilməsi ilə məşhurdur. Düzdür bu zaman onlar müasir aqreqat bazasından istifadə edirlər.

Misal üçün demək olar ki, 1955-ci ilin rodsterini canlandırmaq üçün tünerlər üstü açıq “SLS AMG”-nin platformasından istifadə etməyə hazırlaşırlar və ona yeni ban geyindirməklər.

Gələcək retro-superkar üçün alüminiumdan olan “kostyum”-u həm də əl ilə düzəltmək planlaşdırılır – beləliklə o yarıməsrlik yaşı olan avtomobilin 100%-li “kalkası” olmayacaq.

Retro-karı görünüşcə dəyişdirilmiş radiator barmaqlığı, müasir qabaq optika və modernləşdirilmiş arxa spoylerlə təchiz edəcəklər – bunu platformanın konstruksiyası və təhlükəsizlik tələb edir.

Bundan əlavə sportkar çıxarıla bilən möhkəm dam, tənzimlənə bilən asılqan, yeni təkər diskləri və nadir qazçıxarma sistemi alacaq. Bütün bu yeniliklər hazır avtomobili əsl eksklüziv edəcək, tünerlər buna əmindirlər.

“Gullwing America” atelyesi nə retromobilin dinamikası, nə də layihənin qiyməti barədə məlumat vermir. Standart rodster “Mercedes SLS AMG” 571 a.g.-ə malikdir və 100 km/saata 3,8 saniyəyə sürətlənir.

AUTO.AZ



Şərhlər


AD