Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SEAT Leon iki qapını iki hərfə dəyişdi

SEAT” şirkəti ənənəvi “SC” (“sportkupe” kimi izah edilən) işarəsi əldə edən, “Leon” ailəsinin tarixindəki ilk üçqapılı hetçbekin sirrini açdı. Yeni variant beşqapılıdan qısadı. Lakin yük yerinin həcmində və arxa sərnişinlər üçün olan sahədə heç də ondan geri qalmır.

Üçqapılı “SEAT Leon”-nun təkər bazası beşqaplı variantla müqayisədə 35mm balacalaşıb, uzunluğu isə - 80mm qısalıb (4,31-dən 4,23m-ə), lakin “SEAT”-də qeyd etdilər ki, yük yerinin həcmi olduğu kimi qalır (380 litr).

Amma hetçbeki qısaldaraq mühəndislər onun manevr etmə qabiliyyətini yaxşılaşdıra biliblər. Bundan başqa iki qapıdan məhrum olmuş “Leon” daha dinamik görünməyə başlayıb. Bunu ən azı yeniliyi “ailənin ən emosional üzvü” adlandıran “Seat”-də belə hesab edirlər.

Hetçbekin mühərrik qammasını “Volkswagen” konserninin 1,2-dən 2,0 litrə qədər həcmi olan turbolaşdırılmış benzin və dizel mühərrikləri təşkil edəcək. Baza mühərriki 105 a.g. verən 1,2 TSI olacaq, top modifikasiyaları isə 180 a.g. olan 1,8 litr həcmli benzin mühərriki və 150 a.g. və 320 Nm fırlanma anı verən ikilitrlik dizel ilə təchiz olunacaq.

Transmissiyalar sırasında da heç bir sürpriz yoxdur – hetçbek alıcılarna 5- yaxud 6-pilləli sürət qutusu, ya da 6- və 7-pilləli DSG təklif olunacaq. Banın dəyişilməsinin modelin dinamikasında necə əks olunacağını istehsalçı hələlik dəqiqləşdirmir.

Beşqapılı “Leon” kimi üçqapılı hetçbek də yaxın gələcəkdə “yüklənmiş” FR modifikasiyası əldə edəcək. Lakin onun meydana gəlməsi tarixi hələ məlum deyil. “Seat Leon SC”-in rəsmi premyerası Cenevrə avtosalonunda olacaq.

AUTO.AZ



teqlər:
Seat, Seat Leon 14.02.2013

Şərhlər


AD