Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda-nın yenilənmiş krossoveri Bakıya gətirildi

Bu model haqda deyirlər ki, o, öz ölçüsündən 2 dəfə kiçik avtomobillər kimi cəlddir.

İlk dəfə Avstraliya avto şousunda təqdim olunmuş Yeni Mazda CX-9 əksər avtomobil mütəxəssisləri və həvəskarlarında belə rəy yaradıb.

Mazda CX-9 brendin “KODO – hərəkətin ruhu” konsepsiyasına uyğun yenilədiyi növbəti modelidir. Premium krossoverin dəyişdiyi ilk baxışdan nəzərə çarpır: xrom haşiyələr, böyüdülmüş radiator toru və faralara doğru genişlənən cizgi daha da sportiv və dinamik görünüşü təmin edir.

Bir hissəsi arxa qapıda yerləşən faralar tamamilə funksionaldır və arxadakı sürücülərə qarşıdan CX-9 getdiyini göstərir.

20 düymlük disklərin parlaq örtüyü də idman tərzini gücləndirir.

Amma məqsəd təkcə özünü ətrafa göstərmək deyil, həm də idarəetmənin əlində olduğuna əmin olmaqdır.

Perforasiyalı dəri oturacaqlar materiallarda keyfiyyətə böyük diqqət ayrıldığını göstərir. Ümumiyyətlə, avtomobildə yeni hər bir şey keyfiyyətin və funksionallığın artdığından xəbər verir: hər bir sürücüyə uyğun tənzimlənə bilən oturacaqlar da, LED işıqlar da, 10 səsyüksəldiciyə malik premium Bose audio sistemi də, arxa görüntü kamerası da, 5.8-düymlük toxunma display də.

Sürücü fikrini kənara dağıtmadan, əlinin altında yerləşdirilmiş düymələrlə təkcə nəhəng avtomobili deyil, yolu deyil, əhatəsindəki hər bir şeyi idarə etmək imkanını dərk edir. Mazda-nın Zoom-zoom dinamikasının sürücüyə uşaq sevinci bəxş edən gücü də elə budur.

Dünyanın 74 ölkəsində təqdim olunan yeni Mazda CX-9 artıq Bakıdakı Mazda Avtomobil Mərkəzində də var. Mərkəzdə avtomobillə tanışlıq üçün test drayv da etmək mümkündür. (012) 349 00 01 telefonuna zəng edib bu modelin test-drayvına yazılmaq, avtomobilin idarəolunma xüsusiyyətlərindən həzz almaq olar.

Mazda Azerbaijan



teqlər:
Mazda, Mazda CX-9 13.02.2013

Şərhlər


AD