Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Çikaqoda 700-güclü Chevrolet Camaro-nu göstərdilər

Fevralın 7-də Çikaqoda start götürmüş beynəlxalq avtosalon amerikan avtomobil istehsalçısı tərəfindən “DreamWorks” studiyasının çəkdiyi “Turbo” cizgi filminin çəkilişləri üçün düzəldilmiş nadir muskul kar “Chevrolet Camaro”-nun debütü üçün məkan oldu. Ən güclü “Camaro ZL1” modifikasiyası əsasında yığılmış idman kupesi gücləndirilmiş mühərrik, tamamilə yenidən işlənmiş eksteryer, modifikasiyalaşdırılmış asma və böyük təkərlər alıb. Avtomobil cizgi filmində əsas rollardan birini ifa edəcək yürüş bolidinin prototipi olacaq.

İdman kupesinin banı seriyalı modeldən qabaq bamperdə enli önlükdən, böyük kandarlardan, enliləşdirilmiş təkər arkalarından (qabaq oxda 254 mm-lik, arxa oxda isə 381 mm-lik ölçüləri olan “Pirelli Pzero Nero” şinlərinin “geyindirildiyi” 24-düymlük təkər diskləri ilə), arxa bamperə yerləşdirilmiş diffuzordan və baqaj qapağının üzərindəki palçıq qoruyucusundan ibarət təkmilləşdirilmiş aerodinamik asılqan ilə fərqlənir. Yuxarıda göstərilənlərlə xarici hissədə yeniliklər bitmir.

Belə ki, avtomobili əlavə olaraq “Camaro COPO” kapotu ilə təchiz etdilər və onun mərkəzi hissəsindən bayıra mexaniki kompressor və yaxşılaşdırılmış buraxma sistemi olan hava çıxışı yerləşdirdilər, o cümlədən asılqanın işıqlandırılmasında rəng dəyişikliyi edə bilən işıqdiodlu optika, fərqli yanacaq çən qapağı, qabaqdan və arxadan yedəkləmə halqaları, o cümlədən 4 ədəd 127 mm-lik dairəvi boruları olan idman qaz buraxma sistemi quraşdırdılar. Fərdilik yaratmaq məqsədilə banın bir hissəsini vinil plyonka ilə örtdülər. O qara xrom rəngdədi və boz və karbon elementlərlə uyğun gəlir.

Muskul-karın asması da texniki əlavələrə məruz qaldı. Qabaq asmanı tənzimlənə bilən koyloverlərlə, arxanı isə tənzimlənə bilən yay və amortizatorlarla təchiz etdilər. 6,2-litrlik V8 mühərrikinə gəldikdə isə o sıxıcı kompressorun və digər yeniliklərin sayəsində maksimal olaraq 700 a.g. verə bildi. Avtomobilin dinamik xarakteristikası barədə məlumat verilmir, lakin 550-güclü başlanğıc versiya yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənə və maksimal olaraq 296 km/saat sürət yığa bilir.

Nadir “Chevrolet Camaro”-nun iştirakı ilə “Turbo” cizgi filmi cari il iyul ayının 19-da təqdim olunacaq.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro 13.02.2013

Şərhlər


AD