Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lada Niva 2017-2018-ci illərə qədər konveyerdə qalacaq

AvtoVAZ” öz yolsuzluq avtomobili “Lada 4x4”-ü fəal surətdə modernləşdirir. Cari ildə avtomobil bir dəfəyə 10 konstruktiv təkmilləşdirmə alacaq ki, onlar da avtomobilin istifadəsində rahatlığa yol açacaq. Məlumat verilir ki, avtomobil hələ 5 il konveyerdə qalacaq.

“İlk baxışda banın çürüməyə dayanıqlığının artırılması, germetikliyin yaxşılaşdırılması və səs-küyün azaldılması istiqamətində görülən işlərlə yanaşı 2013-cü ildə həm də bir sıra dəyişikliklər olacaq. Bu dəyişiklikləri avtomobilsevərlər elə ilk baxışdan bəyənəcəklər”. Bunu rusiyanın avtomobil gigantının mətbuat mərkəzindən “AvtoSrede”-yə bildiriblər.

Məlumat verilir ki, yolsuzluq avtomobilinin kardanlı ötürməsindəki ənənəvi tirləri eyni sürət künclərinin şarnirləri ilə dəyişəcəklər. Bu səsin və yüksək sürətlərdə titrəməni azaltmağa kömək edəcək.

Yeniliklər sırasında yolsuzluq avtomobilinin fənəraltılarındakı hərəkət işıqları da var. Bundan əlavə qabaq işıqlandırmanın sxemi də dəyişdiriləcək: indi hərəkət işıqlarını və fənərlərdə yaxın işığı yalnız mühərrik işləyərkən yandırmaq mümkün olacaq. Qabaq şüşəni yuyan mexanizm iki nöqtəli forsunkalar alacaq. Şüşələr isə tündləşdiriləcək.

Ümumilikdə cari ildə 10 dəyişiklik ediləcək. İlk hissə – cari ilin aprelində baş verəcək. Xatırladaq ki, keçən ilin sonunda bildirilirdi ki, “AvtoVAZ” “Niva”-nın rənglənməsində yeni materiallardan istifadə edəcək. Bu da banın çürüməyə qarşı mübarizəsini 5 dəfə artıracaq.

Keçən il 54656 “Lada 4x4” satılmışdı. Cari ilin mart ayında model kiçik yubileyini qeyd edəcək – konveyerdən xalq arasında elə “Niva” kimi tanınan yolsuzluq avtomobilinin 2000000-cu nüsxəsi çıxacaq.

AUTO.AZ



teqlər:
Lada, Lada Niva 11.02.2013

Şərhlər


AD