Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

RENM Performance-dan Lamborghini Gallardo STS-700

Dünya ictimaiyyətinin diqqətinin Çikaqodakı beynəlxalq avtosalona yönəldiyi zaman amerikan tüninq şirkəti “RENM Performance” səs-küy salmadan son əməyinin bəhrəsini təqdim etdi. O superkar “Lamborghini Gallardo” üçün “STS-700” paketi oldu. Satişdansonra tənzimləmə üzrə proqrama xarici görünüşün və daxili bəzəyin yenilənməsinin də daxil olduğuna baxmayaraq, onun hazırlanmasında əsas diqqət avtomobilin əsas texniki cəhətlərinin yaxşılaşdırılmasına yönəldi.

Yeni tüninq-paketin imkanlarını nümayiş etdirmək üçün amerikanlar “Lamborghini Gallardo Super Trofeo Stradale” modifikasiyasını seçdilər və təkmilləşdirməklə onu yürüş bolidi “Gallardo Blancpain Super Trofeo”-nun yol ekvivalentinə çevirdilər. Tünerlər nəinki vətəndaş avtomobilinin maksimal vizual oxşarlığını trek versiyaya bənzədə bildilər, həm də superkarı demək olar ki, eyni sürət xarakteristikası ilə də təmin etdilər.

İlk olaraq “RENM Performance”-ın mütəxəssislər komandası seriyalı avtomobildə 570 a.g. və 540 Nm fırlanma anı verən 5,2-litrlik atmosferli V10 mühərrikinin apqreydi ilə məşğul oldular. Mühərrikin səs klapanının tənzimləmə imkanı olan titan qazçıxarma sistemi ilə təchizatı, elektron idarəetmə blokunun yenidən tənzimlənməsi və digər işlərin daxil olduğu işləmələr maksimal olaraq dəqiqədə 8500 dövrədə 700 a.g. almağa imkan yaratdı.

Nəticədə yol bolidinin yerindən 100 km/saata sürətlənmə vaxtı 3,2 saniyə, maksimal sürəti isə 330 km/saatdan çox oldu. Asmada da kifayət qədər dəyişiklik oldu. Onu yürüş detalları və güclü karbon-keramik əyləclərlə təchiz etdilər. “Lamborghini Gallardo STS-700”-ün banı qabaq splitterdən, yan ətəklərdən, arxa diffuzordan və böyük palçıq qoruyucusundan ibarət olan aerodinamik asma aldı.

Avtomobilin interyerinə gəldikdə isə burada borulardan təhlükəsizlik karkası quraşdırılıb və 4-nöqtəli təhlükəsizlik kəmərləri olan bir cüt oturacaqlar yerləşdirilib. Daxili bəzəklərdə isə “RENM Performance” dizaynerləri müxtəlif çalarlı alkantaraya və karbona üstünlük veriblər.

AUTO.AZ



Şərhlər


AD