Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

GMP Performance və ADV.1-dən Bentley Continental GT

Bentley Continental GT” britaniya sportkarında gördüyümüz ən aqressiv aerodinamik asmalardan biri, dəbli təkər disklərinin istehsalı ilə məşğul olan “ADV.1 Wheels” şirkətinin fotosetində iştirak edən avtomobildə nümayiş olunub.

Ban asması “GMP Performance” şirkətinin dizaynerləri tərəfindən lüks kupenin idman xarakterini nəzərə çarpdırmaq və onun xarici görünüşünü digər modellərə nisbətən individuallaşdırmaq üçün hazırlanıb.

Bodi-kitə çox sayda ventilyasiya dəlikləri və işıqdiodlu hərəkət işıqları olan yenidən işlənmiş qabaq bamper, içində vertikal dəliklər olan təkər yarımhalqaları genişləndiriciləri, ayaqaltıların örtükləri, şəklidəyişmiş arxa bamper və yük yerinin qapağnın spoyleri daxildir.

Estetik mənadan başqa asma, həmçinin oxda təzyiq qüvvəsini atıraraq, müsbət praktik mənaya malikdir.  Sportkupenin individuallığını banın gümüşü rəngi, tonlaşdırılmş şüşələr,  aşağı profilli “Pirelli Pzero Nero” şinləri olan “ADV05DC” təkər diskləri  nəzərə çarpdırır.

10-milli disklərin rənglənməsi üçün tutqun çalarlı bürünc və gümüşü boyadan istifadə olunub.

AUTO.AZ



Şərhlər


AD