Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz C-Class superkar dəmiri əldə etdi

Mercedes-Benz” şirkəti kupe, sedan və universal “С 63 AMG” üçün “yüklənmiş” modifikasiya barədə elan verdi. O “Edition 507” adı aldı. Burada rəqəm at gücünü göstərir. 6-litrdən həcmi olan mühərrik əvvəllər superkar “SLS AMG”-də tətbiq olunduğu kimi gücləndirilmişdir.

“AMG”-nin rəhbəri Ola Kalleniusun bildirdiyinə görə “С 63 AMG” bölmənin ən məşhur istehsalatlarından biridir. Lakin indi bazara çıxan versiya isə potensial alıcılar üçün daha cəlbedicidir.

“Development Package” paketində standart “С 63 AMG”-nin mühərriki 487 a.g. verdiyi halda, 6,3-litrlik atmosferli V8 dəqiqədə 6800 dövrədə 507 at gücü verir. Maksimal fırlanma anı 600-dən 610 Nm-ə qədər artır.

Qeyd edilir ki, güc aqreqatının modernləşdirilməsində döyülmüş porşen, şatun və superkar “SLS AMG”-dən mənimsənilmiş yüngülləşdirilmiş kolenvaldan istifadə edilmişdir. Yeni detallar mühərriki 3 kq-a qədər yüngülləşdirməyə imkan verdi.

Orta məxrəclə “С 63 AMG Edition 507” standart “C63”-dən “yüzlüyə çatma” tapşırığında 0,2 saniyə daha cəlddir. Modernləşdirilmiş sedan və kupe 100 km/saata 4,2 saniyəyə çatır.

Yeniliyi “Black Series” modifikasiyasından olan kapot, yeni 19-düymlük təkər diskləri və qırmızı supportları olan güclü əyləclər, o cümlədən spoyler və qara rənglə boyanaraq parlaq lakla örtülmüş korpusları olan xarici güzgülərlə tanımaq olar.

Bundan əlavə “Edition 507” avtomobillərinin banları yalnız bu versiya üçün əlverişli olan “Mango Platinum” rənginə boyanacaqlar. “Mercedes-Benz C63 AMG Edition 507” təqdimatı mart ayında Cenevrə avtosalonunda keçiriləcək. Yeniliyin qiyməti təqdimata yaxın günlərdə elan ediləcək.

AUTO.AZ



Şərhlər


AD