Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Murcielago-u D2Forged diskləri ilə təchiz ediblər

Lamborghini Murcielago” son 10 ildə istehsal olunan ən kütləvi superkarlardan biridir. Bir çox avtomobil pərəştişkarları üçün məhz bu model əsl “arzuların avtomobilidir”.

Məşhur “Lamborghini Murcielago” 2002-ci ildə Şimali Amerikada debüt edib. Həmin vaxt üçün bu superkar nə vaxtsa yaranmış avtomobillər arasında ən səmərəlisidir. 670 a.g.-nə malik V-şəkilli 12-silindrli mühərrik sayəsində italyan avtomobili 100 km/saata cəmi 2,9 saniyəyə sürətlənir.

“D2Forged”-un tünerləri xarici görünüşə demək olar ki, heç bir dəyişiklik etmədən möhtəşəm superkarı bir az tamamlamaq qərarına gəldilər. “Murcielago” modelinin möhtəşəm dizaynı “D2Forged” mütəxəssisləri tərəfindən bir az dəyişilib.

Bu qabaqdan 20х8,5, arxadan isə 20х13 ölçülü 20- düymlük “D2FORGER CV2” yeni təkər diskləri dəsti sayəsində baş verib. Təkərlər bana uyğun rəngdə hazırlanıb.

Arxa disklər içəri əyilmiş mərkəz hissəyə malikdir. Qara rəngə boyanmış disklər parlaq narıncı rəngdə kənarlara malikdir. Mərkəzdə isə şirkətin D2 yazısı kimi oyulmuş, əl ilə işlənmiş loqotipi yerləşir.

Mütəxəssislərin yalnız təkər diskləri dəstini dəyişmələrinə baxmayaraq, avtomobilin xarici görünüşü tamamilə başqa cür olub.

AUTO.AZ



Şərhlər


AD