Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

 

ABT-dən Audi A1: kəllə və ləkələr tüninq kimi

Abt Sportline – ümumiyyətlə ciddi firmadır. Onun DTM qalibi olmuş sportkarlarını xatırlamaq kifayətdir. Audi A1-ə gəldikdə, tüninq ustaları nəzərə alıblar ki, bu model gənclər üçündür və tüninq dəstinin bir qədər nəzərə çarpan elementləri olmalıdır – özünə məxsus yapışan qraffiti: banda çiçəklər, kəllə və ləkələr. Özbaşına rənglənmədən başqa, maşın üçüncü qapısının üstündə spoiler, dəyişilmiş güzgülər, çıxış sisteminin iki xrom borusu ilə arxa diffuzor və ön palçıq qoruyucularında ventilyasiya “qövsləri” əldə edib. Bununla yanaşı Abt Sportline mühəndisləri asmanın, çıxış sisteminin üzərində işləyiblər və maşına yeni çarxlar da qoyublar. Salondakı dəyişiklik üzərində Abt Sportline loqotipi olan həsirlərin peydah olmasından ibarətdir.

Abt Sportline mühəndisləri mühərrik bölməsinə də nəzər yetiriblər. Xüsusi Abt Power paketinin hesabına bütün üç mühərrikin (1.2 l, 1.4 l, 1.6 l TDI) hər birini orta hesabla 20 a.g. gücləndirmək mümkün olub. Belə ki, 1.2 litr həcmli mühərrik indi 86 a.g. əvəzinə 116 a.g.-ə malikdir, 1.4 litr həcmli mühərrik 122 a.g-dən 150 a.g.-ə qədər artıb, 1.6 litr həcmli, 90 və 105 a.g. verən iki turbodizel mühərrikləri indi 110 və 125 a.g. ilə lovğalana bilərlər.

Bu gücləndirmənin qiyməti hələ bildirilmir, ancaq, tüninqə az xərc sərf olunduğu üçün alıcını qorxudacaq qiymətdə olmayacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi A1, Abt Sportsline 02.08.2010

Şərhlər


AD