Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

RennTech və ADV.1 Wheels-dən Mercedes SLR McLaren

“RennTech” amerikan tüninq şirkəti təkər disklərinin istehsalı ilə məşğul olan “Advance One Wheels (ADV.1 Wheels)” şirkəti ilə birgə keçmişin möhtəşəm sportkarı – əfsanəvi rodster “Mercedes-Benz SLR McLaren Roadster”-in üzərində işi başa çatdırdı. Dünyada ən məşhur və sevilən idman avtomobillərindən biri texniki yenilənməyə məruz qaldı və bu yenilik də bəzi kosmetik işlərlə birgə rodsteri daha güclü və cəlbedici etdi.

Avtomobilin eksteryerinin fərdiləşdirilməsi ilə Vest-Palm-Biçdən (Florida ştatı) olan “Premier Exotics” şirkətinin mütəxəssisləri məşğul olublar. Xarici dəyişikliklərdə ən gözəçarpan banın yeni rəngidir. Parlaq sarı rənglə boyanmış ban tündləşdirilmiş fənərlər, qara dam və yeni “ADV05 Deep Concave” təkər disklərinin də daxil olduğu bəzi qara aksentlərlə əla təzad yaradır.

Qabaqda 20x9,5 düym, arxadan isə 21x10,5 düym ölçülərdə disklər quraşdırılmışdır. 5 cüt mil tutqun qara rəngdə, halqa özü isə parlaq qara rəngdə boyanmışdır. İdarəetməni daha da yaxşıılaşdırmaq üçün avtomobili enli aşağı profilli şinlərlə, ban rəngində boyanmış supportları olan “RennTech” tüninq-atelyesinin özünün istehsal etdiyi gücləndirilmiş əyləc sistemi ilə və asmanın yeni komponentləri ilə təchiz etdilər.

5,4-litrlik, V-şəkilli 8-silindirli mühərrik artıq paslanmayan poladdan hazırlanmış idman buraxılış sisteminə, daha effektiv interkulerə və yenidən köklənmiş elektron idarəetmə blokuna malikdir. Yuxarıda göstərilən komponentlərin hamısı “RennTech R3” mühərrikinin tüninq paketinin tərkibinə daxildir. Nəticədə “Mercedes SLR McLaren” faydalı iş əmsalı 626 a.g. və 780 Nm maksimal fırlanma anından 750 a.g. və 997 Nm-ə çatdı.

Yenidən işlənmiş avtomobilin sürət xarakteristikaları barədə məlumat verilmir, lakin biz fərz edirik ki, əlavə 124 at gücünün və 217 nyuton metrin sayəsində üstü açıq sportkar 100 km/saata 3,5 saniyəyə sürətlənə bilər vəə maksimal sürəti 340 km/saat ola bilər. Xatırladaq ki, seriya modeli ilk yüzlüyə sürətlənmək üçün 3,8 saniyə vaxt sərf edir, onun maksimal sürəti isə 334 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD