Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hofele Design Audi Q7 Strator GT 780 hazırladı

Məşhur alman tüninq-atelyesi “Hofele Design” lüks yolsuzluq avtomobili “Audi Q7” üçün kompleks əlavələr proqramı hazırladığını elan etdi. “Strator GT 780” adlı tüninq-paketə Donsdorf şəhərinin tünerləri banın idman asmasını, asmanı tənzimləyə bilmə detalları olan yeni təkər dəsti, avtomobilin daxili bəzəyinin elementlərini və güc qurğusunun apqreyd olunma imkanını daxil etdilər.

Əlavələr paketi artıq “Hofele” şirkətinin bütün nümayəndəliklərində sifariş edilə bilər. Zavodun buraxdığı qabaq bamper öz yerini bir cüt havaçıxıntısı, hərəkət üçün işıqdiodları, aşağı haşiyəsi və 4 duman əleyhinə fənərləri olan analoji idman bamperinə verdi. Yeni asmaya da təkər arkalarının genişləndirilməsi və qabaq qanadlarda “qəlsəmələrlə” birgə avtomobilin yan tərəfinə yeni görünüş verən dəyişilmiş kandarlar daxildir.

Arxa hissə üçün alman tüneri diffuzori olan yenilənmiş bamper və daha az qabariti olan spoylerdən yuxarı damın sonunda əlavə spoyler quraşdırmışdır. Yeni asma möhtəşəm cipin sahibinə 6900 avroya başa gələcək. Şəkildə təsvir olunmuş avtomobilin banı parlaq ağ rəngə boyanıb, ona bir neçə qara aksentlərlə əlavə olunub və tündləşdirilmiş fənərlər və şüşələr əldə edib. “Audi Q7”-nin fərdiləşdirilməsini tamamlamaq üçün tüner qabaq oxda 22x9-düym, arxa oxda isə 22x10-düym ölçüləri olan “REVERSO II” təkər disklərini təklif edir.

Yolsuzluq avtomobilinin idman xarakterini aşağıprofilli şinlər, qazçıxma sisteminin 4 oval hamarlanmış borucuqlar və klirensi 40 mm aşağı salan elektron pnevmatik asma modulu vurğulayır. 80 km/saat sürətlə hərəkət zamanı modul asmanı başlanğıc hündürlüyünə qaytarır. Avtomobilin interyerini – oturacaqları, qapı panellərini, dirsəkaltıları və sükanı – yenidən dəri ilə işlədilər. Kontrast tikişləri və bəzək əlavələri yolsuzluq avtomobilinin eksklüzivliyini bir daha vurğuladı.

“Hofele Design” mütəxəssisləri sadə çip-tüninq proseduru vasitəsilə “Audi Q7”-nin güc qurğusunun məhsuldarlığını da artıra bilərlər. Məsələn, 3,0-litrlik V-şəkilli 6-silindirli dizel mühərrikin faydalı iş əmsalını baza olaraq 245 a.g. və 550 Nm-dən 318 a.g. və 550 Nm-ə qədər artırmaq mümkün oldu.

AUTO.AZ



teqlər:
Audi, Audi Q7, Hofele Design 29.01.2013

Şərhlər


AD