Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“Qaynar” Kia cee’d-i Cenevrə avtosalonunda göstərəcəklər

Koreya şirkəti “Kia” özü üçün yeni seqmentlərdə gücünü sınamağa davam edir. Keçən ilin payızında vəd edilmiş “Kia cee’d” bazasında olan “qaynar” hetçbek bu ilin yazında Cenevrədə debüt edəcək; internetdə ilk rəsmi şəkillər peyda olub.

Artıq məlumdur ki, “Kia”-nın hot-hetçlər seqmentində ilk təcrübəsi “cee’d GT” adını alacaq və istehsalçılar satıcıları ban seçimi ilə məhdudlaşdırmaq istəmirlər. Məsələn “cee`d” həm 3-, həm də 4-qapılı olacaq.

Payızda yayılmış dizayner sketçlərinə tamamilə uyğun olaraq “Kia cee’d GT” modelin ümumi üslubuna əsasən təkmilləşdirilmiş aerodinamik asma alıb. Həm bamperdə yerləşən zəhmli havaçıxıntısı, həm də əvvəllər duman əleyhinə fənərlərin yerləşdiyi yerdə indi qeyri-adi işıqdiodların olması daha çox diqqət cəlb edir. Bamperlə yanaşı hetçbek arxa diffuzor və qara dam alacaq.

Asmadan əlavə “cee’d GT”-ni arxasında qırmızı supportları olan böyük əyləc mexanizminin gizləniləcəyi planlaşdırılan 18-düymlük təkər diskləri ilə tanımaq olar. Janrın ən yaxşı ənənələrinə uyğun olaraq interyeri alüminium işləmələrlə və idman oturacaqları ilə təchiz edəcəklər.

Güc aqreqatına gəldikdə isə bu rolu 200 a.g. olan 1,6-litrlik turbo mühərrik ifa edəcək. 6-pilləli “mexaniki” sürət qutusu ilə birgə işləyərək mühərrik hot-hetçi 100km/saata 7,9 saniyəyə sürətləndirəcək. Yeri gəlmişkən, gələcək yeniliyin əsas rəqibi sayılan 6-cı nəsil “VW Golf GTI” eyni işi bir saniyə tez yerinə yetirir.
“Kia cee’d GT” bu il yaz aylarında satışa çıxarılacaq və onun Avropada qiyməti təxminən 25000 avro olacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia Cee'd 28.01.2013

Şərhlər


AD