Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge SRT Viper Avropada satılmayacaq

“Chrysler” yeni “SRT Viper”-i Avropada satmaq barədə planlarının olmadığını elan etdi. “Viper”-in Köhnə Dünyanın camaatını maraqlandırdığına baxmayaraq şirkətdə bunun səbəbinin onların yalnız daxili bazarda konsentrasiya olmalarında olduğunu xüsusilə nəzərə çarpdırırlar.

Çox-böyük 8,4 litrlik V10 mühərriki də həmçinin bu qərara səbəb oldu. Baxmayaraq ki, o bütün ağır CO2 tullantı normalarına uyğun gəlir. Onu avropa yollarında istifadə üçün təsdiqləmək yəqin ki, çətin olacaq.

Bu o deməkdir ki, “Chrysler” 2014-cü ildən əngəl olmadan hər yerdə satılacaq “Corvette” üçün yol açır. “Viper” Avropa sahillərinə çatan kimi onun 97 395 dollar olan baza qiyməti şübhəsiz ki, xeyli artacaq və 130 000-140 000 dollara çatacaq.

Lakin bu qiymət ilə də avtomobil inanılmaz cazibədar istehsalat “LAXTASI”-dır. O 640 a.g. və 814 Nm sayəsində “Ferrari” ilə ayaqlaşır (və iki dəfə ucuzdur).

Ola bilsin ki, “Chrysler”-də sükanı sağ tərəfdə də olan variantda satılacaq “Corvette”-i müşahidə edib fikirlərini dəyişəcəklər.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Viper SRT 26.01.2013

Şərhlər


AD