Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nismo daha məhsuldar Nissan Juke hazırlayır

Nissan Juke” – kifayət qədər maraqlı və qeyri adi avtomobildir. “Juke” ilk baxışdan bizim planetə yad bir şey kimi görünür. Krossoverin əcaib görünüşü tünerləri qeyri adi modifikasiyalar yaratmağa təkan verən əsas faktorlardan biri oldu.

Bütün tamamlanmaların tacı “Juke”-un zavod modifikasiyası oldu. Bu modifikasiya mühərrikin və GT-R-dən sürət qutusunun quraşdırılmasını nəzərdə tuturdu. Düzdür bu layihə yalnız seçilmişlər üçün əlverişlidir. Adi vətəndaşların istəklərini yerinə yetirmək üçün isə “Nissan – NISMO” atelyesinin məhsulu var.

“Autocar”-ın verdiyi məlumata görə “NISMO” mütəxəssisləri “Juke NISMO”-nun daha güclü variantını hazırlayırlar. Bu variant Paris avtosalonunda təqdim olunan krossoverin modifikasiyalarının növbəti addımı olmalıdır.

Yeniliyin çıxış gücünün 217 a.g., fırlanma anının isə 300 Nm səviyyəsində olacağı gözlənilir. Həmçinin “NISMO” mühəndisləri “Juke” asılqanının köklənməsini dəyişəcəklər. Onun klirensi isə 20 mm aşağı endiriləcək ki, bu da idarəetməni və dözümlülüyü yaxşılaşdırmağa imkan verəcək. Yaxın aylarda yeni qaynar “Juke”-la görüşü səbirsizliklə gözləyirik.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Juke, Nismo 26.01.2013

Şərhlər


AD