Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Bentley Mulsanne daha gözəl olacaq

Bentley” şirkəti cari ilin mart ayında keçiriləcək Cenevrə motorşousunda flaqman sedanı “Mulsanne”-ı yeniləyəcək. Model rahatlığını artıran və onu daha gözəl edən yeni opsiyalar alacaq.

Yenilənmiş sedan “Mulsanne” yeni və daha yumşaq başaltılar, salonun arxa hissəsində ayaq qoyma yerləri, pəncərələrdə elektriklə işləyən pərdələr, daha rahat dirsəkaltılar və üç yeni ban rəngi əldə edəcək. Əlcəklikdə gizlənən “Wi-Fi-router” internetə çıxışı təmin edəcək. Simsiz şəbəkəyə eyni zamanda 8-ə yaxın qadjet qoşula biləcək.

Bundan əlavə sərnişinlər yeni simsiz klaviatura üçün metal stol, “iPad” planşetlərini quraşdırmaq üçün və onları cərəyanla təmin etmək üçün yer, qabaq oturacaqların başaltılarında 8-düymlük maye-kristal monitorlar və “DVD” oxuduculu multimediya sistemi, 20-giqabaytlıq “hard disk”, simsiz qulaqcıq və uzaqdan idarəetmə pultu alacaqlar.

Modelin güc qurğusu əvvəlki kimi qalacaq. “Mulsanne”-də 505 a.g. verən 6,75-litrlik, 8-silindirli turbo mühərrik quraşdırılır və o 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Britaniya şirkəti avtomobilə sifariş qəbuluna fevral ayında başlayacaq. Bu barədə əvvəl də məlum idi.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 25.01.2013

Şərhlər


AD