Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce yeni modelin ilk tizerini nəşr etdi

Rəsmi təqdimata qədər fraqmentləri bir-birinin ardınca nümayiş etdirərək “Rolls-Royce” öz yeni “Wraith” kupesinin sirrinin üstünü açdı. Yanvarın 22-də şirkət “Wraith” profilinə işarə edən avtomobilinin ilk tizerini nəşr etdi.

Nəşr edilmiş şəkildə avtomobilin yuxarı hissəsi nümayiş etdirilmişdir. Şəkildə dam yaxşı görünür və buna görə də yeni “Rolls-Royce”-un qabaq və arxa hissəsinin profildən necə görünəcəyini təsvir etmək mümkündür. Beləliklə, istehsalçılar yeniliyin adı üstündə oynayırlar: “Wraith” tərcümədə “kabus” deməkdir. Kupenin silueti axarlı və dinamik görünür. Lakin şirkət özü press-relizdə qeyd edir ki, yeni xarakterə baxmayaraq avtomobil 108-yaşlı britaniya brendinin ənənəvi dəyərlərinə uyğun olacaq.

“Rolls-Royce”-da artıq bəyan ediblər ki, yeni kupe şirkətin tarixi böyu ən sürətli “Rolls” olmalıdır. Onu bir qədər qısaldılmış sedan “Ghost”-un platformasında yığacaqlar. “Rolls-Royce”-da digər texniki göstəricilər barədə bir qədər sonra məlumat verəcəklərinə vəd edirlər. İlkin məlumatlara görə “Wraith”-ın güc qurğusu 600 a.g. verən 12-silindirli mühərrik olacaq.

Sportkupenin rəsmi təqdimatı mart ayında keçiriləcək Cenevrə avtosalonuna planlaşdırılır. Lakin istehsalçı ilk rəsmi göstəricilərin sirrinin üstünü fevralın 12-də açacağına vəd edir. “Wraith” adı şirkətin model sırasında üçüncü olacaq. Bu siyahıya “Ghost” və “Phantom” da daxildir.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Wraith 23.01.2013

Şərhlər


AD