Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan GT-R-ın “Forsaj-6” çəkilişləri üçün sirrinin üstü açıldı

Təqdimatı bu il mayın 24-də keçiriləcək məşhur amerikan döyüş filmi “Forsaj”-ın 6-cı hissəsində əsas avtomobil xüsusi olaraq hazırlanmış “Nissan GT-R” sportkarı olacaq. Yapon kupesi ciddi dəyişikliyə məruz qalıb. Bu dəyişikliyə avtomobilin xarici və daxili dizaynının dəyişməsi, onun məhsuldarlığının artırılması və hərəkət xüsusiyyətlərinin yaxşılaşdırılması daxildir. Nadir “Nissan GT-R”-ın istehsalında seriyalı avtomobillərin satışdansonra düzəldilməsində ixtisaslaşan bir çox məşhur şirkətlər iştirak ediblər, lakin işin əsas hissəsi “SP Engineering”, “R Tuning” və “BenSopra” ustaları tərəfindən aparılıb.

Sportkupenin banının kosmetik dəyişikliyi ilə “BenSopra”-dan ustalar məşğul olublar. Avtomobilin çəkisini maksimal olaraq azaltmaq üçün onu “Seibon” istehsalı olan yüngül detallarla təchiz etdilər. Qapılar, kandarlar və yan ətəklər, ventilyasiya olunan kapot və soyutma sisteminin hava tunelləri karbon lifindən hazırlanıb. Bundan əlavə avtomobil “AMS” şirkətinin istehsalı olan yüngül karbon dam və baqaj aldı.

Özündə enli aşağı önlüyü olan yenidən işlənmiş qabaq bamper, daha enli qanadlar, böyük diffuzoru olan yeni arxa bamper və böyük palçıq qoruyucusu avtomobilin eksteryerinə aqresivlik əlavə etməyə imkan verdi. Bir sıra yeniliklərin içində “AeroCatch” kapot qıfılını, “Sparco” baqaj qıfılını, yüngülləşdirilmiş yan şüşələri və qazçıxma sisteminin böyük ucluqlarını xüsusi qeyd etmək olar. Sportkarın göy banı asmanın karbon elementləri, banın qara detalları, gümüşü supportlar və 7-cüt nazik mili olan qara təkər diskləri ilə ziddiyyət daşıyır.

Çəkinin yüngülləşdirilməsi məqsədilə “Nissan GT-R”-ın salonundan demək olar ki, interyerin bütün zavod hissələri və işlənmə materialları itib. Onları “MCR” idman sükanı, yürüş oturacaqları və borulardan ibarət olan təhlükəsizlik karkası əvəz edib. Bununla bərabər avtomobil çoxlu sayda texniki əlavələr alıb. Bunlara sükan idarəsinin və asmanın yenilənməsi, sadə əyləclərin “Weapons Grade Performance” karbon-keramik əyləc diskləri ilə əvəz edilməsi və “Endless”-in support şlanqları daxildir. 3,8-litrlik, biturbolaşdırılmış “altılığa” gəldikdə isə o daha çox oktanlığı olan yanacaqla işləyəcək.

“SP Engineering” komandası mühərriki yeni “Switzer P800” turbinləri ilə təchiz etmiş, “R Tuning” mütəxəssisləri isə bütün sistemin daha effektli soyudulması ilə məşğul olmuşdur. Dinostenddəki yoxlamalar göstərdi ki, tüninq olunmuş mühərrik maksimum 685 a.g. və 818 Nm verir.

AUTO.AZ



Şərhlər


AD